Bu ölkələrin vətəndaşları ABŞ yə girə bilməyəcəklər
Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ 30-dan çox ölkə vətəndaşlarının ölkəyə girişini qadağan edə və ya məhdudlaşdıra bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ daxili təhlükəsizlik naziri Kristi Noem “Fox News” telekanalına müsahibəsində bildirib.
“Mən sizə dəqiq rəqəm verməyəcəyəm, ancaq 30-dan çox belə ölkə var”, - Noem bildirib.
Onun sözlərinə görə, bu, stabil hökumətləri olmayan ölkələrə aiddir.
Qeyd edək ki, noyabrın 26-da bir nəfər Vaşinqtonun mərkəzində, Admiral Devid Farraqut parkının yaxınlığında Milli Qvardiyanın əsgərlərinə atəş açıb. Hadisə yeri Ağ Evdən təxminən 300 metr məsafədə olub. Hücum edən şəxs və iki Milli Qvardiyanın əsgəri yaralanaraq xəstəxanaya yerləşdirilib. Əsgərlərdən biri daha sonra dünyasını dəyişib. Daxili təhlükəsizlik naziri Kristi Noem bildirib ki, şübhəli şəxs 2021-ci ildə Amerika qoşunlarının ölkədən çıxarılmasından sonra Müttəfiqlərin Qəbul Proqramı çərçivəsində Əfqanıstandan ABŞ-yə gəlib.
Bu mövzuda digər xəbərlər:ABŞ bu ölkələrin pulunu kəsəcək
26 Fevral 2025 20:52
Dəhşətli təyyarə qəzası: Bu ölkələrin vətəndaşları öldü
12 İyun 2025 14:18
ABŞ bu ölkələrin görüşündə KÖRPÜ OLUR
23 İyul 2025 09:53
Litvada xarici ölkələrin vətəndaşları saxlanıldı
17 Sentyabr 2025 21:04
Tramp bu ölkə vətəndaşlarına qadağa qoydu ABŞ yə girə bilməyəcəklər
05 İyun 2025 13:51
Baxış sayı:74
Bu xəbər 05 Dekabr 2025 11:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















