Icma.az
close
up
RU
Bu ölkənin həm İsraillə, həm də HƏMAS la əlaqələri üzə çıxdı

Bu ölkənin həm İsraillə, həm də HƏMAS la əlaqələri üzə çıxdı

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

İsrailin aparıcı müdafiə şirkətləri "Elbit Systems", "Rafael" və "Israel Aerospace Industries" ilə Qətər arasında imzalanan milyardlıq müqavilələr barədə məlumatlar ortaya çıxıb. Bu sazişlər Baş nazir Binyamin Netanyahunun, müdafiə nazirliyinin və İsrail ordusunun yüksək səviyyəli rəsmilərinin təsdiqi ilə reallaşıb. "Elbit Systems"in Qətərlə 100 milyon dollardan çox dəyərində müqaviləsi, "Rafael"in onlarla milyonluq anlaşmaları, "Israel Aerospace Industries" rəhbərliyinin dəfələrlə Dohaya səfər etməsi və yüksək səviyyəli görüşlər keçirməsi bu əməkdaşlığın nə qədər ciddi olduğunu göstərir.

Bu məlumatlar Qazzada HƏMAS qrupu üçün Qətərin gizli maliyyə və digər yardımlarını işıqlandıran sənədlərin ələ keçirilməsindən sonra məlum olub. Xüsusilə 2021-ci ilin may ayında HƏMAS lideri İsmail Haniya tərəfindən göndərilən mesajda Qətər Əmiri Tamin bin Həməd Əl Tani'nin HƏMAS-ın gizli maliyyə dəstəyinə dair özəl razılaşması qeyd edilir. Bundan başqa, sənədlərdə Qətər kəşfiyyatının HƏMAS-ın xüsusi təlim bölmələri ilə əlaqələri və Suriyadan Livana qaçan fələstinli qaçqınların HƏMAS formalaşmalarına inteqrasiyası barədə də müzakirələrdən bəhs edilir.

Bu faktlar bölgədəki siyasətin çoxqatlı və mürəkkəb olduğunu bir daha sübut edir. Qətər İsraillə rəsmi müdafiə əlaqələri qurarkən, eyni zamanda, HƏMAS kimi qrupla gizli əlaqələri saxlayır. Bu da bir çox suallar doğurur və regional siyasətdə ikili oyunların davam etdiyini göstərir.

Belə bir vəziyyətdə bəzi türk media qurumlarının tərəf tutması, Azərbaycan-İsrail münasibətlərinə yönəlik sərt və seçici tənqidləri gözə çarpır. Azərbaycan öz suveren qərarları əsasında İsraillə əlaqələrini inkişaf etdirir. Bu, ölkənin xarici siyasət prioritetlərindən biridir və beynəlxalq səviyyədə normal qəbul edilir. Amma bəzən Türkiyə mediasında Azərbaycan sanki Qəzza hadisələrinin baiskarı kimi təqdim olunur. Halbuki, Qətərin İsrail ilə müdafiə əməkdaşlığı və HƏMAS-ın maliyyələşdirilməsi kimi məsələlərə diqqət yetirilmir. Türkiyənin ən yaxın müttəfiqi olan Qətərin bu cür siyasəti çox vaxt medianın gündəminə gəlmir.

Hadisələri ədalətli qiymətləndirmək üçün bütün regionda mövcud olan bu çoxqatlı maraqları nəzərə almaq lazımdır. Dövlətlərin strateji maraqları bəzən görünməz tərəflərdən ibarət olur və bu, siyasətdə normaldır. Azərbaycanın öz təhlükəsizliyi və inkişafı üçün apardığı siyasətə qarşı yalnız bəzi məsələləri seçərək tənqid etmək obyektiv yanaşmadan uzaqdır.

Türk mediası məsələlərə sadəcə bir tərəfdən baxmaq əvəzinə, bölgədə baş verənləri tam və doğru göstərməlidir. Qətərin həm İsraillə işləməsi, həm də HƏMAS-ı dəstəkləməsi kimi faktlar da unudulmamalıdır. Belə yanaşma oxuculara hadisələrin sadə olmadığını göstərər və hadisələri daha yaxşı anlamağa kömək edər. Bu, həm medianın inamını artırar, həm də insanların məsələlərə daha obyektiv baxmasına səbəb olar.

Bölgədə münasibətlər daim dəyişən maraqlar, tarixi əlaqələr və təhlükəsizlik prioritetləri üzərində qurulur. Bu şəraitdə həm dostluq, həm də rəqabət eyni anda mövcud ola bilər və bu balansın qorunması olduqca incə yanaşma tələb edir. Azərbaycan da regionun bir parçası olaraq öz təhlükəsizliyini və milli maraqlarını təmin etmək üçün müxtəlif ölkələrlə əlaqələr qurur. Bu əməkdaşlıqların əsas məqsədi ölkənin müdafiə qabiliyyətini artırmaq, texnoloji imkanlarını genişləndirmək və siyasi mövqeyini gücləndirməkdir. Bu, heç bir halda başqa ölkəyə və ya xalqa qarşı yönəlmiş addım deyil, əksinə, Azərbaycanın dövlət olaraq müstəqil qərar vermə haqqından doğur.

Belə bir kontekstdə Türkiyə mediasının məsələlərə daha balanslı və anlayışla yanaşması önəmlidir. Azərbaycanın atdığı addımları yalnız nəticə əsasında deyil, səbəbləri ilə birlikdə təhlil etmək həm ədalətli informasiya mühitinin formalaşmasına, həm də iki qardaş ölkə arasında qarşılıqlı güvən və anlayışın möhkəmlənməsinə töhfə verə bilər.

İslam
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 11 İyun 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see279

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see252

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see222

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see207

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see204

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see198

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see193

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see180

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see175

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see167

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see161

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see160

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see156

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see146

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see145

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see144

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see143

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see142

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri