Bu ölkənin hər ikinci sakini avronun tətbiqinə qarşı çıxıb
Icma.az, Banco.az portalına istinadən məlumatı açıqlayır.
Polşanın demək olar ki, hər ikinci sakini (48%) ölkədə avronun tətbiqinə qarşı çıxıb.
Banco.az xəbər verir ki, bu barədə “THINK” fondunun araşdırmasında deyilir.
Bildirilir ki, respondentlərin yalnız 23%-i Polşanın vahid Avropa valyutasına keçidini dəstəkləyir.
Müqayisə üçün qeyd edək ki, 2002-ci ildə Polşanın avroya keçidinin mümkünlüyü ilə bağlı ilk sorğunun nəticələrinə görə, respondentlərin 90%-i belə bir fikrin tərəfdarı olub.
Ən sərfəli kredit üçün müraciət etPolyaklar avronun tətbiqi ilə ölkədə qiymətlərin qalxacağından və “kəmərlərini sıxmaq” məcburiyyətində qalacaqlarından ehtiyat edirlər. Onlar həm də ÜDM-in azalması perspektivindən qorxurlar.
Xatırladaq ki, Polşa Avropa Birliyinə iyirmi il əvvəl, 2004-cü ildə qoşulub. Həmin il daha doqquz ölkə assosiasiyaya daxil olub. O vaxtdan bəri yalnız üç ölkə avroya keçməyib - Polşa, Macarıstan və Çexiya.
Bu gün Polşada rəsmi pul vahidi zloti olaraq qalır. Hazırda avronun məzənnəsi 4,3 zlotiyə bərabərdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 27 Noyabr 2024 16:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















