Bu ölkənin iqtisadiyyatı üçün mənfi təsirlərlə NƏTİCƏLƏNƏCƏK
Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.
Rusiya Prezidenti Vladimir Putin Avropa İttifaqının Rusiya qazının payını tədricən azaltmaq siyasətinin artıq Avropa iqtisadiyyatına mənfi nəticələr verdiyini bildirib. O, bu fikirləri Rusiya Gübrə İstehsalçıları Assosiasiyasının rəhbəri Andrey Quriyevlə görüşdə səsləndirib.
Bu barədə News24.az TASS-a istinadən xəbər verir.
Görüş zamanı Quriyev qeyd edib ki, Aİ-də neft-kimya sektoru demək olar ki, fəaliyyətini dayandırıb. Putin əlavə edib ki, mənfi təsirlər zənciri bununla bitmir: “Şüşə istehsalı da eyni vəziyyətdədir. Bütün sahələrə mənfi təsir yayılıb”.
Prezident bildirib ki, Avropa Komissiyası Rusiya qazından tamamilə imtina etmək niyyətində israrlıdır. Bunun nəticəsində Aİ ölkələrinə artıq ciddi məhdudiyyətlər tətbiq olunub və bu, onları xüsusilə ABŞ-dan daha baha yanacaq almağa məcbur edir.
Xeyrənsə Piriyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 25 İyul 2025 09:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















