Icma.az
close
up
RU
Bu ölkənin məktəblərində radikal QƏRAR

Bu ölkənin məktəblərində radikal QƏRAR

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Danimarkada məktəblərdə radikal qərar tətbiq olunub: dərs saatlarında mobil telefon və planşet istifadəsi qadağan edilib. Şagirdlər günə cihazlarını kilidli qutulara yerləşdirməklə başlayırlar.

Redaktor.az xəbər verir ki, bu dəyişiklik təkcə qadağa ilə məhdudlaşmır. Son 10 ildə təhsilin böyük ölçüdə rəqəmsallaşdığı ölkədə kağız, qələm və ənənəvi dərsliklər yenidən siniflərə qaytarılıb.

Müəllimlər bildirirlər ki, şagirdlər ekran qarşısında dərs keçərkən diqqəti cəmləməkdə çətinlik çəkir, dərs zamanı başqa tətbiqlərə keçərək diqqətdən yayınırlar. Buna görə də kompüter istifadəsi də məhdudlaşdırılıb və nəzarət altına alınıb.

Şagirdlər isə bu dəyişiklikdən əsasən məmnundurlar. Onların sözlərinə görə, ekran qarşısında keçirdikləri vaxtın azalması oxuma və yazmaya marağı artırır və dərslərdə balans yaradır.

Qərarın arxasında isə narahatedici statistika dayanır. Uşaq Rifahı Komissiyasının məlumatına görə, 13–18 yaş arası gənclər gündə orta hesabla 5,5 saat telefonda vaxt keçirir ki, bu da onların psixi sağlamlığına mənfi təsir göstərir. 

Yeni yanaşma yalnız məktəblərlə məhdudlaşmır. Gənclər mərkəzlərində və idman klublarında da telefon istifadəsinə ciddi məhdudiyyətlər tətbiq olunur. Məşqçilər hesab edirlər ki, telefonlar həm diqqəti yayındırır, həm də komanda daxilində sosial əlaqələrə mənfi təsir göstərir.

Danimarkada bu istiqamətdə ictimai təşəbbüslər də genişlənir. Hər il minlərlə gəncə dəstək verilir və ölkə üzrə “telefonsuz gün” aksiyaları təşkil edilir. Bu il keçirilən tədbirlərə əhalinin 10 faizi qatılıb və iştirakçıların dörddə biri telefon istifadəsi ilə bağlı vərdişlərini dəyişdirdiyini bildirib.

Bundan əlavə, rəqəmsal sağlamlıq üzrə ekspert İmran Raşitin rəhbərlik etdiyi vətəndaş təşəbbüsü 15 yaşdan kiçik uşaqlar üçün "TikTok", "Instagram" və "Snapchat" kimi sosial şəbəkələrin qadağan olunması tələbi ilə 50 mindən çox imza toplayıb. Təklif hələ parlamentdə səsverməyə çıxarılmayıb.

Qeyd edək ki, Avropa Parlamenti də artıq 16 yaşdan aşağı istifadəçilər üçün sosial media məhdudiyyətlərini dəstəkləyir.

Mütəxəssislər hesab edirlər ki, Danimarkanın bu addımı digər ölkələr üçün də nümunə ola bilər və rəqəmsal balansın qorunması istiqamətində yeni mərhələnin başlanğıcıdır (Azərbaycan müəllimi).

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 16 Aprel 2026 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see305

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see289

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see274

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see272

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see234

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see231

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see216

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see216

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see213

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see211

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see209

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see207

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see203

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see198

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see195

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see187

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see184

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see183

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri