“Bu ölkəyə ümid bəsləmək absurddur” Keçmiş deputat
Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.
“Şuşa forumunda iştirakına görə məşhur Mixail Qusmanın TASS informasiya agentliyinin direktor müavini vəzifəsindən azad edilməsi rəzillik və acizlik əlamətidir”.
“Yeni Sabah” xəbər verir ki, bu açıqlama ilə keçmiş millət vəkili Etibar Əliyev çıxış edib.
O, bildirib ki, M. Qusman və qardaşı Yuli Qusman Bakıda doğulublar və onların Azərbaycana bağlılığı əsl mərdlik və passionarlıq keyfiyyətidir. pizza sifarişi
“Mif - dünyanın dərki üçün açar funksiyanı itirməyib. Qədim Yunan mifologiyasında məşhur “Pandoranın yeşiyi” ifadəsi min illərdir ki, öz mənasını itirməyib. Zevsin bütün növ yamanlıqlarla doldurduğu yeşiyi Pandora açır. Açılmış yeşikdən yayılan və dünyanı bürüyən bədbəxtliklər, geridönməz fəlakətlər, xəyanət və rəzilliyin bütün cizgiləri Rusiyada görünür. Yeşikdə təkcə ümid qalır. Bu ölkəyə ümid bəsləmək də absurddur.
Zəruri qeyd: 44 günlük müharibə zamanı M.Qusmanın bizim Müdafiə Fonduna 50 min avro yardım etməsi unudulmayıb”.


