Bu olmazsa, bölgədə sülh mümkün deyil Hakan Fidan
Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Globalinfo.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Misirin paytaxtı Qahirədə keçirilən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Dövlətləri Liqasının Qəzza Təmas Qrupunun iclasında çıxışı zamanı deyib.
O, Qəzzada soyqırımının davam etdiyini və İsrailin imperialist siyasətini davam etdirdiyini bildirərək, Misirin Qəzza ilə bağlı planı əsasında irəliləyişin lazım olduğunu qeyd edib.
Nazir humanitar yardımların Qəzzaya çatdırılmasına maneə yaradılmasının, Suriyanın və Livan torpaqlarının hədəf alınmasının İsrailin imperialist siyasətini davam etdirdiyinin göstəriciləri olduğunu vurğulayıb.
“İsrail dayandırılmadan bölgədə sülh mümkün deyil. Əsas hədəfimiz Qəzzadakı dağıntıların dayandırılması və qalıcı atəşkəsin təmin edilməsi olmalıdır. İsrailə qarşı təzyiqlərin artırılması vacibdir”, – deyə o bildirib.
Hakan Fidan təcili və qalıcı atəşkəs üçün BMT kimi beynəlxalq platformalardan istifadə etməyin vacibliyini qeyd edib.
O, İƏT-ə üzv ölkələrin dəstəklədiyi Misirin Qəzza ilə bağlı planının konstruktiv bir çərçivə təqdim etdiyini və bu plana əsaslanaraq irəliləməyin lazım olduğunu vurğulayıb.
Aysel Əliyeva
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 23 Mart 2025 20:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















