Bu oyunlarda qələbə qazanmaq istəyirik Bəhlul Mustafazadə
Icma.az, Qol.az portalına istinadən məlumat verir.
Azərbaycan millisinin futbolçusu Bəhlul Mustafazadə Haiti yığması ilə keçiriləcək yoldaşlıq görüşündən danışıb.
QOL.az xəbər verir ki, o, matçdan öncə təşkil olunan mətbuat konfransında deyib:
"Haiti millisi bizə tanış olmayan rəqibdir. Amma onların oyunlarını izləmişik. Yaxşı oyunçuları var. Bizi maraqlı oyun gözləyir. Komandada ab-hava çox yaxşıdır. Çalışacağıq ki, düzgün oynayaq və məşqçinin göstərişlərini yerinə yetirək. Hər şey qaydasındadır. Bu oyunlarda qələbə qazanmaq istəyirik. Bizim üçün önəmli olan düzgün oynamaq və qalib gəlməkdir. Hər ikisi vacibdir. Amma daha önəmlisi qələbə qazanmaq mentalitetinin davam etməsidir".
Müdafiəçi milliyə yeni gələn oyunçulardan da söz açıb: "Yeni gələnlərin hər biri həvəslidir. Biz də belə idik. Çox istəyirlər ki, milli formanı geyinsinlər. Təcrübəli oyunçular çalışırlar ki, adaptasiya prosesində onlara kömək etsinlər. Hər şey yaxşıdır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 21 Mart 2025 16:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















