Icma.az
close
up
RU
“Bu oyunu aktivimizə yaza bilmərik” Vasili Berezutski

“Bu oyunu aktivimizə yaza bilmərik” Vasili Berezutski

Idmanxeber.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Araz-Naxçıvan”la matçla müqayisədə bu gün inamsız oyun sərgilədik. Oyun zamanı çoxlu fasilələr oldu. Bunlar oyunun sürətini, intensivliyini azaldır. Bunu edən yalnız rəqib komanda idi. Müasir futbolda intensivlik çox önəmlidir. Rəqibin futbolçuları bəzən 3 dəqiqə, hətta daha çox fasilələrə səbəb olurdular. Amma bu, bizim üçün bəhanə olmamalıdır. Daha yaxşı oynayıb qalib gəlməli idik. Əminliklə deyə bilərəm ki, bu oyunu aktivimizə yaza bilmərik”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Sabah”ın baş məşqçisi Vasili Berezutski “Şamaxı” oyunu sonrası deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

– Artıq ikinci oyundur ki, Şamaxıda məğlub olursuz. İki oyunu müqayisə edəndə “Sabah” hansı komponentlərdə”Şamaxı”ya uduzdu?

– Mövqe hücumları zamanı rəqibin sıx müdafiəsini yara bilmirik. Onlar bizi əks-hücumlarda yaxalayıb qollar vurur. Bu, bəlkə də futbolçuların səviyyəsi ilə bağlıdır. Turnir cədvəlində bizdən aşağı pillələrdə olan komandalarla oyunlarda hər zaman belə olur.

– Meydandakı bəlkə də ən bəstəboy futbolçu sizə başla qol vurdu. Bunu necə izah edərdiniz?

– Bu, səhv fikirdir. O demək deyil ki, bəstəboy futbolçu cərimə meydançasında yaxşı mövqe seçib qol vurmayacaq. Futbolda belə şeylər olur.

– Düşünmürsüz ki, “Sabah”da mental cəhətdən lider futbolçu yoxdur?

– Əlbəttə ki, liderin olması çox önəmlidir. Lider komandanı öz arxasınca aparır, istiqamət verir. İnanıram ki, bizdə də belə bir futbolçu olacaq və komandanı irəli aparacaq.

– Kapitan Elvin Camalovla yollarınızı ayırdınız. Daha sonra Abdulla Rzayev və Şakir Seyidovu əvəzedici komandaya göndərdiz. Yerli futbolçulara olan antipatiyanızın səbəbi nədir?

– Heç bir antipatiyam yoxdur. Seymur yenidən meydana qayıtdı. Xəyal Əliyev bizdə əsas heyətdə oynayır. Qərarım oyunçuların keyfiyyəti ilə bağlıdır. Bizim istədiyimiz oyuna uyğun deyillər. Futbolda işə yanaşma da çox önəmlidir.

– Abdulla Rzayevə qışda “Neftçi”dən təklif var idi, amma siz onu komandada saxladınız. İndi nə dəyişib?

– Mən onu nə vaxt buraxmadım ki? Bu, sadəcə sizdə olan məlumatdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 09 Mart 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri