Icma.az
close
up
RU
Bu partiyalara maliyyə yardımı ayrılmamasına aydınlıq gətirilib

Bu partiyalara maliyyə yardımı ayrılmamasına aydınlıq gətirilib

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Seçkiyə qatılıb parlamentdə təmsil olunmayan partiyalara maliyyə yardımı ayrılmamasına aydınlıq gətirilib.

Bakıvaxtı.az xəbər verir ki, Maliyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, “Siyasi partiyalar haqqında” Qanunun 25.1-ci maddəsinə əsasən siyasi partiyanın fəaliyyətinin maliyyələşdirilməsi üçün dövlət tərəfindən maddi yardım ayrılır və bu məqsədlə hər il dövlət büdcəsində ayrıca sətirlə göstərilməklə vəsait nəzərdə tutulur.

2025-ci ilin dövlət büdcəsində bu məqsəd üçün 6 milyon manat nəzərdə tutulub və həmin vəsait qanunvericiliyə uyğun olaraq Milli Məclisdə təmsil olunan, həmçinin irəli sürdüyü namizədləri keçirilmiş seçkilərdə etibarlı səslər qazanmış, lakin təmsilçiliyi olmayan siyasi partiyalar arasında bölüşdürülür.

Qeyd edilib ki, irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş seçkilərdə etibarlı səslər qazanmış, lakin parlamentdə təmsil olunmayan siyasi partiyalara ayrılan illik dövlət maliyyə yardımının yuxarı həddi həmin partiyanın təqdim etdiyi maliyyə hesabatında göstərilən illik daxilolmalarının (dövlət maliyyə yardımı çərçivəsində ayrılmış vəsait nəzərə alınmadan) iki mislindən çox ola bilməz: "Həmin partiyalara il üzrə təqdim edilmiş maliyyə hesabatında göstərilən illik daxilolmaları nəzərə alınmaqla vəsaitin partiyalar arasında bölüşdürülməsi təmin edilir. Təqdim olunmuş hesabatda illik daxilolmaları mövcud olmayan sözügedən siyasi partiyalara vəsaitin ayrılması nəzərdə tutulmur".

Qeyd edək ki, “Siyasi partiyalar haqqında” qanuna əsasən, siyasi partiyalara dövlət maliyyə yardımının 2,5 faizi irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş seçkilərdə etibarlı səslər qazanmış, lakin parlamentdə təmsil olunmayan partiyalar arasında bərabər bölünməlidir. 2025-ci ildə partiyalar üçün 6 milyon manat vəsait ayrılıb. Bu vəsaitin müvafiq olaraq 130 min manatı Milli Məclisə keçirilmiş seçkilərdə etibarlı səslər qazanmış, lakin parlamentdə təmsil olunmayan 14 siyasi partiya arasında bərabər bölünməlidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 08 May 2025 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see367

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see349

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see317

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see308

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see299

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see291

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see280

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see270

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see262

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see250

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see248

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see237

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see236

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see236

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see233

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see233

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see222

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see210

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri