Bu peşələrdə çalışanlar daha çox boşanır SİYAHI
Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ-da 500-dən çox peşə üzrə aparılan araşdırmada boşanma göstəricisinin ən yüksək olduğu peşələr müəyyənləşdirilib. Siyahının ilk pilləsində səhiyyə xidmətləri üzrə mütəxəssislər qərarlaşıb.
"AzPolitika" xəbər verir ki, araşdırmaya əsasən, bu peşə qrupunda boşanma göstəricisi 48,3 faiz təşkil edir. İkinci yerdə 48 faizlə telemarketinq əməkdaşları, üçüncü yerdə isə 47,9 faizlə masaj terapevtləri qərarlaşıb. Dördüncü yerdə avtobus sürücüləri (47,8%), beşinci yerdə isə çap maşını operatorları (47,6%) yer alıb.
Araşdırmada yüksək göstəricilərin uzun və nizamsız iş saatları, növbəli rejim və stress kimi amillərlə əlaqəli ola biləcəyi qeyd edilir. Bununla belə, mütəxəssislər təkcə peşənin boşanmaya səbəb olmadığını, iş və şəxsi həyat arasındakı balansın da mühüm rol oynadığını vurğulayırlar.
Maraqlıdır ki, boşanma göstəricisinin ən aşağı olduğu peşələr arasında sığorta və risk analitikləri 14,2 faizlə ilk sıradadır. Onları fizika elmləri mütəxəssisləri (17,2%), informasiya texnologiyaları mütəxəssisləri (18,7%), proqram təminatı mütəxəssisləri (18,9%) və fizioterapevtlər (19%) izləyir.
Baxış sayı:116
Bu xəbər 24 Avqust 2026 17:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















