Bu pozuntulara görə cərimə balı ləğv edilə bilər Deputat KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.
Bir sıra xətalara görə tətbiq olunan cərimələrin və cərimə ballarının yenidən nəzərdən keçirilməsinə ehtiyac var. Vətəndaşlar müəyyən sosial-iqtisadi çətinliklərlə üzləşirlər və bu cəzaları ödəməkdə çətinlik çəkirlər. Üstəlik, bəzi hallarda həm pul cəriməsinin, həm də cərimə balının eyni vaxtda tətbiqi əlavə problemlər yaradır. Bu istiqamətdə cəzaların daha humanist formada tənzimlənməsi məqsədəuyğun olardı.
KONKRET.az xəbər verir ki, bu sözləri axaraz-a açıqlamasında deputat Fazil Mustafa sürücülər üçün tətbiq olunan cərimə balı sistemində mümkün dəyişikliklərdən danışarkən deyib.
Deputat bildirib ki, hazırda müzakirə olunan 20 ballıq limitin artırılması təşəbbüsü vətəndaşlar üçün müəyyən mənada yüngülləşdirici addım sayıla bilər:
“İnsanların böyük əksəriyyəti avtomobildən istifadə edir və bu, hər kəsin qarşılaşa biləcəyi məsələdir. Ona görə də bəzi kateqoriyalar üzrə həm cərimənin, həm də cərimə balının eyni vaxtda tətbiqindən imtina olunması daha düzgün yanaşma ola bilər. Bununla yanaşı, müəyyən pozuntular üzrə cəzaların da yenidən qiymətləndirilməsi mümkündür.
Cərimə sisteminin aradan qaldırılması doğru olmazdı. Bu o demək deyil ki, bütün cərimələr ləğv edilməlidir. Çünki belə olan halda sürücülərin qaydalara əməl etmə motivasiyası zəifləyə bilər. Burada əsas məqsəd yol hərəkəti təhlükəsizliyini qorumaqla yanaşı, vətəndaşlara münasibətdə daha balanslı və humanist yanaşmanın tətbiq edilməsidir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 05 İyun 2026 16:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















