Bu pozuntuya görə sürücü 100 manat cərimələnəcək
Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakıda qaydaları pozan sürücülər hərəkətə mane olub.
Axar.az Avtosfer.az-a istinadla xəbər verir ki, hadisə yanvarın 10-da, paytaxtın Neftçilər prospektilə Niyazi küçəsinin kəsişməsində (Azneft dairəsində) qeydə alınıb.
Belə ki, Niyazi küçəsilə hərəkət edən "Land Rover", "KİA Stinger" və onun sağında dayanan digər avtomobillərin sürücüləri soldan gələn maşınlara yol verən zaman qaydaları pozublar. Onlar avtomobilin ön hissəsini yolayrıcına çıxararaq digər istiqamətdən gələnlərin zolağını zəbt ediblər. Bu səbəbdən görüntünü qeydə alan avtomobilin sürücüsü qismən sağ zolağa yerdəyişmə etməli olub.
Qanunvericiliyə görə, sürücü yol verməli olan halda hərəkət hissəsinin kəsişmə yerində dayanmalıdır. Nəqliyyat vasitəsinin ön hissəsini yolayrıcına çıxarıb, digər istiqamətdən gələn avtomobillərin hərəkətinə mane olmaq yol verməmə sayılır. Bu qayda pozuntusuna yol verən sürücülər İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 3 bal 100 manat məbləğində cərimə oluna bilərlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 11 Fevral 2026 19:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















