Icma.az
close
up
RU
Bu prezidenti Qəddafinin taleyi gözləyir amerikalı politoloq hücum planını açıqladı

Bu prezidenti Qəddafinin taleyi gözləyir amerikalı politoloq hücum planını açıqladı

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp ordunun Latın Amerikasında (Venesuela) narkokartellərə qarşı quru əməliyyatına başlaya biləcəyini bəyan edib. Bundan əvvəl “Vaşinqton Post” qəzeti yazıb ki, Tramp Venesuelada “aqressiv hərəkətlərə” icazə verib və Prezident Nikolas Maduronu devirmək üçün addımlar atıb. Maduro Ağ Ev rəhbərinə ingilis dilində müraciət edərək ondan ölkəsinə hücum etməməyi xahiş edib. “Müharibə yox, yalnız sülh, əbədi sülh. Lütfən, xahiş edirəm”, – o bildirib.

Amerikalı politoloq, Mərkəzi Asiya Məhsuldarlığı Araşdırma Mərkəzi (CAPRC) Müşahidə Şurasının üzvü Piter M. Teysin Globalinfo.az-a müsahibəsi Birləşmiş Ştatlar ətrafında yaranmış siyasi mənzərəni qismən əks etdirir.

Həmin müsahibəni təqdim edirik:

– Cənab Teys, ABŞ-Venesuela münasibətlərində gərginlik artıq pik həddə çatıb. Hazırda nə baş verir və Venesuelaya qarşı müharibə gözlənilirmi?

– Növbəti bir ay və ya altı həftə ərzində Müharibə Departamenti, nazir Piter Heqsetin rəhbərliyi altında, ABŞ ərazilərində Amerika cəmiyyətini məhv edən təhlükəli cinayətkarlar və güclü tərkibli narkotik vasitələrini geniş yayan quldur Nikolas Maduro Morosun narko diktaturasını devirmək üçün Venesuelaya quru hücumu başladacaq. Hazırda ABŞ nüvə enerjisi ilə işləyən iki sualtı qayığı, dörd esminesi və üç freqatı səfərbər edib, Venesuela suları yaxınlığında Karib dənizində 8000 əsgər səfərbər olunub. ABŞ Hərbi Dəniz Qüvvələri artıq ABŞ ərazisinə doğru istiqamətlənən bir sualtı qayığı (Karakasdan gələn narkotiklərlə yüklənmiş) və narkotiklərlə dolu yeddi başqa qayığı məhv edib. 16 oktyabr 2025-ci ildə admiral Alvin Holsi ABŞ Cənub Komandanlığının rəhbəri vəzifəsindən istefa verdi. Buna səbəb ABŞ sahillərinə (Amerika körfəzində) doğru istiqamətlənən qayıqlara açıq dənizdə hücum etmək məsələsində onunla Tramp administrasiyası arasında fikir ayrılığının yaranması idi. O, ABŞ Cənub Komandanlığının hərbi rəhbəri vəzifəsində cəmi bir il çalışmışdı.

Venesuelanı Mərkəzi Amerikada artan nüfuza malik və ABŞ daxilindəki cinayətkar dəstələrlə əlaqəli olan “El Cártel de los Soles” – “Günəşlər Karteli” adlı təhlükəli narkotik ticarəti təşkilatı idarə edir. Ağ Ev və Boqota arasındakı siyasi və hərbi gərginlik münaqişə və düşmənçilik həddinə çatıb. Prezident Tramp Kolumbiya Prezidenti Qustavo Petronun (keçmiş partizan) ictimaiyyət qarşısında etdiyi amansız hücumların qurbanına çevrilib; o, açıq şəkildə Prezident Trampı “İsrail silahlı qüvvələri tərəfindən Qəzza zolağında Fələstin mülki əhalisinə qarşı törədilən soyqırımı” müdafiə etməkdə günahlandırıb. ABŞ-ın yüksək ixtisaslı Silahlı Qüvvələrinin Venesuelaya hərbi müdaxiləsi zamanı Panamada Noryeqanı devirən hərbi əməliyyatlardakı taktikalardan istifadə olunacaq. ABŞ-ın “Haqq işi” adlı hərbi əməliyyatı 1990-cı ilin yanvar ayının sonlarında Noryeqanın təslim olması ilə başa çatdı. ABŞ-ın Panama münaqişəsində 27 min əsgəri iştirak edirdi. Maduronun sayılı günləri qalıb və hazırda Mərkəzi Kəşfiyyat İdarəsi Maduronu və onun Venesuelanın Bolivar Silahlı Qüvvələrindəki tərəfdarlarını məhv etmək üçün Venesuela ərazisində ciddi fəaliyyət göstərir. Mərkəzi Kəşfiyyat İdarəsinin Venesueladakı əməliyyatları Venesuelanın narko terrorçularını devirməkdə konkret nəticələr verəcək və Maduronun sonu Müəmmər əl-Qəddafi kimi olacaq.

Trampın rəhbərliyi altında Ağ Ev Venesuela və Kolumbiya daxilində kokain laboratoriyalarına hücum etməyə başlayacaq. Maduro və onun Karakasdakı Hizbullahçı tərəfdarları üçün vəziyyət kritikdir. Maduroya birinci və ikinci dərəcə yaxınlığı olan insanlar daşınmaz əmlak alır və pullarını Braziliya banklarına köçürür və Maduronun generalları isə eyni evdə iki gecəni keçirmirlər! Delsi Rodriges və digər varlı avtokratlar siçovul kimi qaçırlar və onların sayılı günləri qalıb. Kolumbiyaya da ABŞ Hərbi Dəniz Qüvvələrinin döyüş gəmiləri tərəfindən raketlərlə hücum ediləcək. ABŞ Hərbi Hava Qüvvələri də Kolumbiya və Venesuelanın narkotik istehsal edən bölgələrinə hücumlar etməyə hazırlaşır. Bundan əlavə, Argentinadakı Kristina Kirçnerin cinayətkar dəstəsi Maduroya öz sərvətini Argentinaya daşımağa kömək edir. Tramp Rusiya və Çin kəşfiyyat zabitlərini və əsgərlərini Venesueladan qovmağa hazırlaşır və öz növbəsində Putinə Ukraynanın işğal olunmuş ərazisinə nəzarət etməyə icazə verəcək.

Piter M. Teys

 – ABŞ-ın hazırda Rusiya ilə də münasibətləri yaxşı deyil. Ukrayna müharibəsi fonunda iki supergücün bir-birinə meydan oxuması nə ilə nəticələnəcək?

– Amerika Birləşmiş Ştatları Rusiya ilə qeyri-rəsmi dialoqa davam edəcək, Rusiya neft şirkətlərinə qarşı iqtisadi sanksiyalar Kremli təzyiq altında saxlamağa davam edəcək. Prezident Trampın Çin Xalq Respublikasının (ÇXR) Prezidenti ilə qarşıdakı görüşü və ABŞ-ÇXR dialoqunun nəticəsi də ABŞ-Rusiya münasibətlərinə mühüm təsir göstərəcək. Tramp administrasiyasını növbəti üç ildə Vaşinqton-Moskva münasibətləri ilə bağlı çox mürəkkəb və çətin bir yol gözləyir. Ukrayna müharibəsində günahsız vətəndaşların ölümü və Ukraynanın həyat şəraitinin və milli iqtisadiyyatının pisləşməsi davam edəcək.

– Trampın daxili siyasətdə atdığı son addımlar da diqqət çəkir. Bir həftə öncə ölkə daxilində ona qarşı etirazlar baş qaldırdı və onun bu nümayişlərə qeyri-adi reaksiyası sosial şəbəkədə yayıldı. Daha sonra Trampın Ağ Evin memarlıq üslubuna dəyişiklik edilərək bal zalının tikilməsi ideyası və hətta Almaniyanın keçmiş kansleri Angela Merkelin buna etirazı barədə məlumat yayıldı. Bəzi analitiklər biznesmen keçmişi olan prezident Trampın siyasətçi kimi səriştəsiz olduğunu iddia edirlər. Onların əksinə olaraq, Trampın beynəlxalq əhəmiyyətli hadisələrə münasibətdə dəyişkən və biganə yanaşmasının, əslində, ABŞ-ın milli maraqlarına xidmət etdiyini düşünənlər də az deyil. Siz necə düşünürsünüz?

– Prezident Tramp Tomas Cefferson dövründən bəri ABŞ tarixində ən yaxşı prezidentdir. Ağ Evdə füsunkar yeni bal zalının tikintisi dünyanın ən böyük supergücünün imicini və gücünü əks etdirən rəsmi şam yeməkləri və mühüm tədbirlər keçirmək üçün çox vacibdir. Prezident Tramp Rusiyanın ekspansionist siyasətini və onun Avrasiyada qonşu ölkələrə qarşı qanunsuz ərazi iddialarını dayandıra və cilovlaya bilən yeganə dövlət xadimidir.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 Oktyabr 2025 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see370

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see254

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see196

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see181

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see168

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see164

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see155

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see150

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see148

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see147

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see140

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see137

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see137

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see133

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see129

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see128

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri