Bu problem risklər yaradır və rəqabəti azaldır Hakimlər Departamentinin yeni rəhbəri
Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.
Yeni il ərəfəsində AFFA Hakimlər Komitəsində olduğu kimi, Hakimlər Departamentində də rəhbər dəyişikliyi baş verdi. Postundan istefa verən Ömər Paşayevin yerinə Bəhruz Teymurov təyin olundu. Bu təyinata kimi Paşayevin müavini vəzifəsini yerinə yetirirən Teymurov hazırda hakimlərlə birgə Antalyadadır.
Fanat.Az departament rəhbəri ilə söhbətləşərək təyinatından tutmuş bir çox məsələlərə aydınlıq gətirib.
- Futbolda yenisiniz, amma kifayət qədər səs-soraq var. Sizə təklif necə gəldi və Azərbaycan futboluna hansı ideyalarla gəlmisiniz?
- Gördüyümüz işləri ictimaiyyətə geniş formada məhz media çatdıracaq. Niyə gəldim? İnzibati vəzifədir. Müəyyən məsələlərə, struktur quruculuğu, işin təşkili mənasında xeyir vermək üçün dəvət edilmişəm. Hazırda tapşırılmış vəzifənin öhdəsindən gəlməyə çalışırıq. Etimadı doğrultmaq istəyirik. Müsbət haldır ki, iş komandamız bu işlərdə kifayət qədər səriştəlidir. Bu sahədə yeni olduğum üçün komandamla məsləhətləşmələr edirəm.
- Tapşırıqlar yaxın və uzaq vədə üçün nələrdən ibarətdir?
- Komitə və departament - mütəşəkkil işləyirik. İşin bölgüsü çox uğurlu təşkil olunub. Yaxın və gələcək perspektivləri birlikdə təyin edirik. Məqsəd bəsitdir, komitənin uğurlu olması üçün gələcəyə müəyyən baxışımız var. Departament öz növbəsində təkliflər irəli sürür və bu istiqamətdə çalışırıq. Yaxın planda kritik məsələ hakimlərin sayının az olmasıdır. Bu problemdir, müəyyən risklər yaradır və hakimlər arasında rəqabəti azaldır. Hazırda bu istiqamətdə işləyirik. Hakimlərin kəmiyyət və keyfiyyətinin artırılması üçün layihə hazırlanır. Yaxın zamanda icrasına başlanılsa, media nümayəndələri ilə geniş iclas keçirib, müzakirələr edəcəyik.
- Əvvəl hakimlərin qış toplanışı ilə yanaşı, yay hazırlığı da olurdu...
- Ötən il toplanış təşkil olundu. Hakimlər, xarici mütəxəssislər də bildirir ki, builki toplanış təşkilat, texniki-təchizat baxımından daha dolğun və səmərəlidir. Belə kampların təşkili vacibdir. Xarici mütəxəssislərlə aparılan fikir mübadiləsi, onların təcrübəsindən yararlanmaq, tövsiyələr almaq hakimlərimiz üçün vacibdir. Elə hakimlər var ki, beynəlxalq oyunlara gedir və belə mütəxəssislərlə fikir mübadiləsi olur. Amma digər referilərdə belə deyil.
- Hakimlər Departamentdən böyük işlər gözlənir. Lakin bunun üçün böyük maliyyə lazımdır. Dünya standartında müxtəlif təcrübələr var. Məsələn, formalarında kifayət qədər reklamlar olur. Bəs bizdə bu məsələlər necə tənzimlənir?
- Hakimlər Departamenti AFFA-nın daxilindədir. Bizim hansısa sponsorla əlaqəmiz olsa belə, bu birbaşa AFFA üzərindən ola bilər. Burda iki tərəf - bir tərəf sponsordursa, digəri AFFA-dır. Hakimlər Komitəsinin müstəqil olaraq hansısa sponsorlar birbaşa danışığı yoxdur.
- Maliyyə təminatı baxımından assosiasiyanın bütün layihələrizi sürətlə təmin etməsi baxımımdan bu məsələ arzulanandır?
- Belə deyim, “maliyyə həmişə azdır”. Amma doğru bildirirsiniz, istənilən qurumda belədir. Kimə soruşsaz, deyəcək bəs etmir. Hakimlərimizin təlim-məşq toplanışını 7 günlük dövrdə təşkil edə biliriksə, deməli, maliyyə resursları kifayətdir. Yəni, 7 gün hakimlərin hazırlıq keşməsi üçün böyük dövrdür.
- Hakimlər bəzən oyunun keyfiyyətsiz çəkilişinə görə kritik məqamda qərar verməkdə çətinlik çəkir. Daha dəqiq, VAR üçün. Bu baxımdan onların işini rahatlaşdırmağa hansı planlar var? Yəni telekanala, PFL-ə hansısa müraciət nəzərdə tutulurmu?
- Bu məsələləri çox müzakirə edirik. Bizdə VAR layihəsi son beş ildə var. Stadionlarda tam təchizat olmaması səbəbindən müəyyən çətinliklər yaranır. Bəzən hakimlər lazımlı rakursu əldə edə bilmir, yaxud görüntü var, amma ürəkaçan olmur. Bu baxımdan çempionatda çəkilişləri aparan "CBC Sport"la görüşümüz olub. Onların da texniki cəhətdən problemləri var. Bəzi stadionlarda işıqlandırma, bəzilərində yerlər məhdud olur. İstənilən rakursdan çəkilişi təmin etmək mümkün olmadığı üçün keyfiyyətə təsir edir. Növbəti görüş üçün müəyyən danışıqlar gedir ki, təkliflər hazırlansın. Təkliflərdən sonra rəhbərliyə də müraciət edəcəyik ki, boşluqları aradan qaldıraq.
- Hakimliyin daha çox menecment tərəfində olacaqsınız?
- Bəli.
- Hakimlikdə kütləviliyin təmini üçün nəsə nəzərdə tutulur?
- Hazırda layihəmizdə müəyyən müddəalar var. Media departamentinin bizə bu işdə böyük dəstəyi olacaq. Düşünürəm ki, yaxın zamanda sosial şəbəkələr üzərindən, kommunikasiya vasitəsilə təbliğatı gücləndirtəcəyik. Müasir dövrdür, düzgün kommunikasiya olmasa, səmərəli ola bilməyəcəyik. Bu baxımdan təbliğat məsələsi bizimçün çox vacibdir.
Əli Sahib, Antalya
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 16 Yanvar 2026 12:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















