Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Liqa 1: PSJ dən geridönüş

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

Bu problem təkcə Azərbaycana deyil, dünyaya aid olan qlobal çağırışlardan biridir Ekspert

Bu problem təkcə Azərbaycana deyil, dünyaya aid olan qlobal çağırışlardan biridir Ekspert

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Hissə-hissə ödəniş sistemlərinin sürətlə genişlənməsi gənclərin erkən yaşlardan borclanmasına səbəb olur və onları uzunmüddətli maliyyə öhdəlikləri ilə üz-üzə qoya bilir. Bu ödəniş üsulu məhsul və xidmətlərin daha əlçatan görünməsinə baxmayaraq, bir çox gənc gəlirlərini və ödəmə qabiliyyətini düzgün qiymətləndirmədən alış-veriş edir.
Bu maliyyə davranışı gələcək iqtisadiyyat üçün nə vəd edir?
İqtisad elmləri doktoru, professor, IV çağırışda deputat olmuş Rüfət Quliyev Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycan bu gün dünyəvi və sivil inkişaf yolu ilə irəliləyir:

“İstər iqtisadiyyat, istər uğurlu beynəlxalq siyasət, istərsə də maliyyə sahəsində atılan addımlar bunu göstərir. İstəsək də, istəməsək də, qloballaşan dünyada yaşayırıq və bu prosesə uyğunlaşmaq məcburiyyətindəyik. Əslində, bütün ölkələr bu reallıqla üz-üzədir. Bu gün BMT-yə üzv olan 193 dövlət var. Yalnız Şimali Koreya qloballaşmadan kənarda qalmağa çalışan ölkələrdən biri kimi göstərilə bilər. Lakin onun da müəyyən mənada xarici dəstəyə ehtiyacı var. Yəni qloballaşma müasir dünyanın dəyişməz reallığıdır. Maliyyə məsələlərinə gəldikdə isə, Azərbaycanda fəaliyyət göstərən mikrokredit təşkilatları heç kəsi məcbur etmir ki, məhz onlardan kredit götürsün. Bu, bazarda təqdim olunan maliyyə xidmətlərindən biridir və seçim vətəndaşın özünə məxsusdur. Hər halda, bir çox hallarda bu xidmət lombardlardan daha münasib alternativ hesab oluna bilər. Eyni yanaşma istehlak kreditlərinə də aiddir. İstehlak krediti dünyanın demək olar ki, bütün ölkələrində mövcuddur və bazar iqtisadiyyatının normal elementlərindən biridir. Lakin problem o zaman yaranır ki, insanlar kredit götürərkən öz gəlirlərini, büdcələrini və ödəmə imkanlarını düzgün hesablamırlar. Nəticədə isə sonradan maliyyə çətinlikləri ilə üzləşirlər”.
İqtisadçı qeyd edib ki, maliyyə savadlılığı insanlara çox erkən yaşlardan aşılanmalıdır: 
“Hətta məktəbin ilk siniflərindən uşaqlara ailə büdcəsinin idarə olunması öyrədilməlidir. Atalar sözündə deyildiyi kimi, insan ayağını yorğanına görə uzatmalıdır. Hər kəs cibində olan vəsaitin hesabını bilməli, gələcəkdə yarana biləcək riskləri də əvvəlcədən nəzərə almalıdır. Əlbəttə, müəyyən mexanizmlərdə çatışmazlıqlar ola bilər və bunu inkar etmək düzgün olmaz. Ancaq ümumi mənzərə göstərir ki, doğru istiqamətdə irəliləyirik. Sadəcə, bazar iqtisadiyyatı şəraitində insanlar bəzən gələcəyi kifayət qədər planlaşdırmırlar. Halbuki bazar iqtisadiyyatı kifayət qədər sərt qanunlarla işləyən bir sistemdir. Bazar iqtisadiyyatında dövlətin sosial sahədə rolu daha güclü olmalıdır. Sosial problemlərin həlli və inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi dövlətin əsas vəzifələrindən biridir. Azərbaycanda da bu istiqamətdə addımlar atılır və ölkənin dünya iqtisadiyyatına uyğunlaşması üçün adaptasiya prosesi mərhələli şəkildə davam etdirilir. İnsanlara tövsiyəm odur ki, maliyyə qərarlarını verərkən diqqətli olsunlar, şəxsi büdcələrini planlaşdırsınlar və gəlirlərini düzgün idarə etsinlər”.
Rüfət Quliyev bildirib ki, Azərbaycanın bu sahədə nümunəvi mövqeyini konkret rəqəmlərlə göstərmək mümkündür: 
“Dünyanın ən böyük iqtisadiyyatı hesab olunan ABŞ-nin dövlət borcu artıq 30 trilyon dollara yaxındır. Bu borcun təxminən 75 faizi daxili, 25 faizi isə xarici borcdur. Hesablamalara görə, hər bir amerikalı doğulduğu gündən dövlət borcunun müəyyən hissəsini daşıyır. Oxşar vəziyyət Yaponiya və Avropanın bir sıra ölkələrində də müşahidə olunur. Borclanma tempi artıq Çində də artmağa başlayıb. Azərbaycan isə bu baxımdan həqiqətən nümunəvi mövqedədir. Dövlətin məqsədi xarici borcun təhlükəli həddə çatmasına imkan verməməkdir. Bu istiqamətdə müvafiq qərarlar qəbul edilib və ölkənin ümumi dövlət borcunun ÜDM-ə nisbətinin təhlükəsiz səviyyədə saxlanılması əsas prioritetlərdən biridir. Müqayisə üçün qeyd edim ki, ABŞ-də dövlət borcunun ÜDM-ə nisbəti 120 faizə yaxınlaşıb. Yaponiya, Fransa, İtaliya və Avropanın bir sıra digər ölkələrində də bu göstərici çox yüksəkdir, bəzi hallarda isə 200 faizi keçir. Bu, olduqca vacib məsələdir. Dövlət borcu nə qədər az olarsa, gələcək nəsillərin üzərinə düşən maliyyə yükü də bir o qədər az olar. Ona görə də bu məsələyə yalnız iqtisadi deyil, həm də milli və strateji məsələ kimi yanaşmaq lazımdır. Bu problem təkcə Azərbaycana deyil, bütövlükdə dünyaya aid olan qlobal çağırışlardan biridir”.
Fidan Hacızadə
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 Avqust 2026 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see508

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see469

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see341

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see329

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see290

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see272

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see267

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see257

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see252

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see243

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see234

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see230

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see227

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see226

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see225

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see213

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see204

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see199

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see194

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri