Bu prosedur ləğv olunmasa ABŞ nin sonu olacaq Tramp
Icma.az, Redaktor.az saytına istinadən bildirir.
ABŞ Prezidenti Donald Tramp Konqresdə respublikaçıların çoxluğu filibaster prosedurunu ləğv etməyəcəyi təqdirdə ölkənin sonunun gələcəyini bildirib.
Redaktor.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsindəki paylaşımında yazıb.
Onun sözlərinə görə, əks halda bu proseduru demokratlar ləğv edəcək və respublikaçılar bundan sonra heç vaxt seçkilərdə qalib gələ bilməyəcəklər.
“Əgər Senatdakı respublikaçılar filibasterə son qoymasalar, bunu demokratlar edəcəklər. Partiyamızın uğurlarına baxmayaraq, mən sonuncu respublikaçı prezident olacağam! Respublikaçılar bir daha heç vaxt seçkilərdə qalib gələ bilməyəcəklər. Başqa sözlə, bu, Amerikanın sonu olacaq!” – deyə Tramp yazıb.
Qeyd edək ki, filibaster səsvermə prosesini texniki yollarla uzatmaq üsuludur. Bu prosedur müzakirələrin başa çatdırılması üçün qanunvericilərin üçdə iki səsinin tələb olunmasını nəzərdə tutur.
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 21 Sentyabr 2026 22:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















