Icma.az
close
up
RU
Bu qarpızları almayın, zəhərlənməyə səbəb olur XƏBƏRDARLIQ

Bu qarpızları almayın, zəhərlənməyə səbəb olur XƏBƏRDARLIQ

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Xəbər verildiyi kimi bir neçə gün öncə Astarada 15 nəfər qarpızdan zəhərlənib. TƏBİB-in yaydığı məlumata görə sentyabrın 5-də müxtəlif qastrointestinal şikayətlərlə 8-i uşaq olmaqla, ümumilikdə 15 nəfər (9-u qadın, 6-sı kişi cinsli) Astara Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub. Onlardan 13-nün vəziyyəti qənaətbəxş, 2-nin vəziyyəti isə nisbi ağır qiymətləndirilir.

Məlumata görə, zəhərlənən şəxslərin hamısı rayonun Motalyataq kənd sakinləridir. Belə ki, Heydərov soyadlı 3 qardaşın ailə üzvləri dünən gecə birlikdə qarpız yeyiblər. Səhəri gün onlar zəhərlənmə şikayətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, qarpız zəhərlənməsi qida zəhərlənmələri arasında ən təhlükəlisi hesab olunur və onun fəsadları uzun müddət davam edə bilər. Mütəxəssislərin sözlərinə görə, qarpızın qırmızı və şirin olması heç də zəhərsiz olduğuna dəlalət etmir. Çox vaxt zəhərlənməyə səbəb qarpız yetişdirilərkən istifadə edilən gübrə və dərmanlardır.

Mütəxəssislər qeyd edir ki, qarpız alarkən onun sağlam və zərərsiz olduğunu müəyyənləşdirmək mümkündür. Təzə qarpız bütöv, təmiz, öz növünə xas rəngdə olur. Yetişmiş qarpızın saplağı və yanındakı bığcığı quruyur, üzərindəki naxışlar isə aydın görünür. Səthi parlaq olan qarpızlar çox vaxt kəsiləndə yetişmiş çıxır. Ən keyfiyyətli qarpız bütöv, zədəsiz və quru saplaqlı olur.

Əgər qarpızın üzərində sarı ləkələr çoxdursa, bu, onun kal çıxma ehtimalının yüksək olduğunu göstərir. Belə qarpızlar adətən şirin olmur. Buna görə də seçim edərkən bu məqama diqqət etmək vacibdir. Qarpızın tərkibində su, şəkər, mineral maddələr, azotlu birləşmələr və müxtəlif vitaminlər mövcuddur. O, orqanizmdə susuzluğu aradan qaldırır, bədəni sərinlədir, həzmi yaxşılaşdırır və qanı durulaşdırır. Qarpız yeməklə həmçinin öd ağrılarını azaltmaq, qan təzyiqini tənzimləmək mümkündür.

Ölkə.az xəbər verir ki, mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Musavat.com-a danışıb:

“Qurumuzda olan nitrat ölçən cihazla biz illər boyudur qarpızı ən erkən vaxtlarından tutmuş sona qədər təqib edirik. Hətta qış aylarında da. Çox təəssüflər olsun ki, bəzən qarpızların tərkibində nitratların miqdarı normadan 6 dəfə çox olur. 1 kq qarpızda nitrat 60 milliqramdan çox olmamalıdır. Amma bəzən ölçülərdə 250-300 milliqram çıxır. Onu da etiraf edək ki, ildən-ilə bu azalır, qarpızların tərkibində nitratın miqdarı getdikcə aşağı düşür. Bazarda keçirdiyimiz monitorinqlərin nəticəsi də bunu deməyə əsas verir. Burada, əlbəttə, gübrələrin baha olması məsələsi, həmçinin Qida Təhlükəsizliyi Agentliyinin apardığı işlər də öz müsbət nəticələrini verir. Lakin əhali bilməlidir ki, qarpız elə bir bitkidir ki, əgər ondan öncə həmin sahədə yonca əkilibsə, oradan çıxan qarpızın nitratı çox olur. Belə qarpızlar çox böyük olur, sanki gübrə verilmiş kimi, və insanları zəhərləyə bilər. Qeyd edim ki, icazə verilən norma 1 kq-da 60 milliqramdır. İnsanlarda zəhərlənmə isə 360 milliqram olanda baş verir.

Beləliklə, tərkibində nitrat çox olan qarpız adətən böyük olur, daha şirin görünür, kəsəndə içi çəhrayı rəngdə olur, içərisində ağ damarları müşahidə edilir. Nitratı az olan qarpız isə nisbətən kiçik olur, kəsəndə içi al-qırmızı çıxır, damarları çox nazik olur, bıçaq dəyən kimi partlayır və sairə. Ola bilsin ki, Astara hadisəsində də zəhərlənən insanlar nitratı çox olan qarpızdan istifadə ediblər və çox yeyiblər, nəticədə də zəhərlənmə baş verib. Təəssüf ki, mövsümün sonuna qədər də nitratlı qarpızlara rast gəlinir. Ən böyük tövsiyəm: böyük qarpız almayın”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://olke.az
archiveBu xəbər 08 Sentyabr 2025 23:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see238

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see174

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see158

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri