Bu qayda pozuntusunun cəriməsi qalxdı, amma sürücülər hələ də əməl etmirlər VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Xırdalanda yol hərəkəti qaydasını pozan sürücü digər avtomobillərə maneə yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə Mehdi Hüseynzadə küçəsində baş verib.
Belə ki, 77-XD-275 qeydiyyat nişanlı "KIA" markalı avtomobilin sürücüsü ikinci cərgədə dayanaraq sağ zolağı tamamilə bağlayıb. Arxadan gələn sürücülər məcburi şəkildə sol zolaqla hərəkət etməli olublar.
Qeyd edək ki, bir müddət əvvəl bu qayda pozuntusuna görə tətbiq edilən cərimənin məbləği 20 manatdan 80 manata qaldırıldı və əlavə olaraq 2 bal təyin edildi. Lakin sürücülər hələ də bunun ciddiyətini anlamayaraq qayda pozmağa davam edirlər.
Fərid

Bu qərarıma hələ də əməl etmirlər Putin
28 Yanvar 2025 23:52
Xırdalanda sürücülər bu qaydaya əməl etmirlər 8 bal 320 manat cərimə VİDEO
25 Noyabr 2024 09:32
Bu küçədə əksər sürücülər səhv dönürlər: CƏRİMƏSİ VAR VİDEO
26 Noyabr 2024 10:00
NİİM: Bəzi moped və motosiklet sürücüləri qaydalara əməl etmirlər VİDEO AZƏRTAC
27 Noyabr 2024 11:28

