“Bu qədər tez yoldan çıxdınız?” Lüks avtomobilləri görən prezident qəzəbləndi
Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Suriya Prezidenti Əhməd Əl-Şara keçmiş müxalif qərargahında keçirilən toplantıda dəbdəbəli avtomobillərlə gələn dəstəkçilərinə sərt reaksiya göstərib.
Belə ki, Şara toplantıya gələn 100-dən çox iş adamının bahalı avtomobillərlə iştirak etdiyini görüb və belə deyib:“Dövlətin bu qədər yüksək maaş verdiyini bilmirdim! İnqilabın övladları olduğunuzu unutmusanızmı? Bu qədər tezmi yoldan çıxdınız?”.
Mənbələrin sözlərinə görə, prezident bu ifadələri binanın qarşısında dayanan bahalı avtomobilləri gördükdən sonra səsləndirib.
İki dövlət rəsmisinin bildirdiyinə əsasən, 30 avqustda İdlibdə keçirilən həmin görüşdə Şara dövlət məmurlarına xəbərdarlıq edib.
“Lüks avtomobillərinizi təhvil verin, əks halda korrupsiya istintaqı ilə üzləşəcəksiniz”, -deyə o qeyd edib.
Toplantıdan sonra bəzi iştirakçıların avtomobil açarlarını təhvil verdikləri bildirilib.
"AzPolitika.info"
Baxış sayı:99
Bu xəbər 31 Oktyabr 2025 14:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















