Icma.az
close
up
RU
Bu qələbəni Mozesə həsr edirik Jorj Kaşkilya

Bu qələbəni Mozesə həsr edirik Jorj Kaşkilya

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

"Bu qələbəni Mozesə həsr edirik" - Jorj Kaşkilya

"Oyunu yaxşı analiz etmişdik və bura 3 xal üçün gəlmişdik. Şükürlər olsun ki, istəyimiz baş verdi. Bu qələbəni Mozesə həsr edirik. O, 3 gün əvvəl atasını itirsə də, böyük xarakter göstərərək matçda iştirak etdi və qələbəmizdə pay sahibi oldu. Standart vəziyyətlər üzərində çox işləyirik, qolu da məhz belə epizoddan vurduq. İkinci hissədə rəqib daha yaxşı oynasa da, müdafiədə uğurlu çıxış edərək nəticəni qoruya bildik".

QOL.az xəbər verir ki, bu sözləri "İmişli"nin baş məşqçisi Jorj Kaşkilya Misli Premyer Liqasının 28-ci turu çərçivəsində səfərdə "Kəpəz" üzərində qazandıqları qələbəni (1:0) şərh edərkən bildirib. Baş məşqçi növbəti mövsümdə komandadan ayrılacağı ilə bağlı yayılan xəbərlərə belə aydınlıq gətirib: 

"Hazırda bütün diqqətimiz bu mövsümün məqsədinə yönəlib. Əsas hədəfimiz Premyer Liqada qalmağı tam təmin etməkdir. Şanslarımız çox olsa da, hələ 100 faiz məqsədimizə çatmamışıq. Danışıqlar yalnız mövsüm bitdikdən sonra ola bilər".

Mütəxəssis uzunmüddətli zədədən qayıdan Vüsal Qənbərovun vəziyyəti və heyətə inteqrasiyası barədə məlumat verib: 

"Vüsal zədəsini tam sağaltsa da, 3-4 ay futboldan uzaq qaldığı üçün onu tədricən hazırlamalıyıq. Bu proses yavaş-yavaş baş verməlidir. Növbəti matçlarda onun oyun vaxtının artacağını gözləmək olar".

Baş məşqçi mövsümün əvvəlində komandaya qarşı olan bədbin proqnozlar və qazanılan uğurlu nəticələr barədə fikirlərini bölüşüb: 

"Çətinliklər və ağır şərtlər komandanın əsl xarakterini üzə çıxardı. Biz mövsümün əvvəlində bu kollektivin gücünə inanırdıq. 1-ci Liqadan yeni yüksələn komanda üçün ilk ildə bu qədər xal toplamaq zarafat deyil. Bu çətinliklər "İmişli"ni daha da formalaşdırdı və gücləndirdi".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://qol.az
archiveBu xəbər 19 Aprel 2026 19:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see287

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see285

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see267

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see253

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see244

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see237

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see232

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see227

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see220

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see211

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see198

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see193

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see193

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see192

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see189

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see176

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see175

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri