Icma.az
close
up
RU
Bu qərar həm də gələcəyin geoiqtisadi düzəninə verilən cavabdır Şərh

Bu qərar həm də gələcəyin geoiqtisadi düzəninə verilən cavabdır Şərh

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“VII Məşvərət Məclisinin Daşkənddə keçirilməsi Mərkəzi Asiya üçün yeni siyasi mərhələ açdı. Bu dəfə diqqət təkcə regional əməkdaşlığın növbəti raunduna deyil, həm də geosiyasi reallığın dəyişməsinə yönəldi. Azərbaycan rəsmi şəkildə formatın tamhüquqlu iştirakçısına çevrilməklə regionun strateji xəritəsini genişləndirdi və Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni geosiyasi əlaqəlilik yarandı. Bu qərar, əslində, son illər ərzində formalaşan qarşılıqlı yaxınlaşmanın institusional təsdiqi kimi çıxış edir”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Azərbaycanın formata qoşulması tarixi və mədəni yaxınlıqdan qaynaqlanan təbii proses olsa da, bu addımın əsas səbəbi daha dərindir: “Mərkəzi Asiya dövlətləri ilə Azərbaycanın maraqları bir-biri ilə üst-üstə düşür: hər iki tərəf yeni logistika xəritələrinə, diversifikasiya edilmiş nəqliyyat marşrutlarına, xarici asılılığı azaldan iqtisadi modellərə və daha güclü strateji avtonomiyaya ehtiyac duyur. Qlobal ticarət yollarının yenidən qurulduğu bir vaxtda Xəzər hövzəsi ətrafında yaranan sinerji artıq regional deyil, qlobal əhəmiyyət kəsb edir”.

Deputat əlavə edib ki, bu yaxınlaşmanın əsasını iqtisadi və nəqliyyat bağlantıları təşkil edir: “Çin-Avropa istiqamətində ən qısa və səmərəli alternativ kimi ortaya çıxan Orta Dəhliz XXI əsrin əsas ticarət arteriyalarından birinə çevrilir. Azərbaycan müasir liman infrastrukturu, yüksək ötürücülük qabiliyyətinə malik dəmir yolu şəbəkəsi və çevik gömrük sistemi ilə bu dəhlizin ən kritik halqasını təşkil edir. Azərbaycanın formata daxil olması Mərkəzi Asiya dövlətlərinə dəhliz boyunca vahid standartların, uyğunlaşdırılmış tarif siyasətinin və qarşılıqlı tamamlanan logistik mühitin formalaşmasına şərait yaradır. Bu, sadəcə tranzit xətti deyil, vahid iqtisadi məkanın bünövrəsini qoyan strateji arteriyadır.
Enerji və rəqəmsal sahədə də yeni imkanlar açılır. Xəzərin dibi ilə elektrik ötürücü xətlərinin çəkilməsi, regionlararası fiber-optik şəbəkələrin qurulması, “yaşıl enerji” layihələrinin sinxronlaşdırılması Azərbaycan və Mərkəzi Asiya dövlətlərini təkcə fiziki deyil, həm də texnoloji cəhətdən birləşdirir. Bu proses bölgəni yaxın gələcəkdə Avropaya enerji tədarük edən, eyni zamanda böyük rəqəmsal axınları idarə edən mühüm qovşağa çevirə bilər.

Daşkənd görüşü göstərdi ki, siyasi əməkdaşlıq da yeni məzmuna malikdir. Qlobal qeyri-sabitlik şəraitində regionun birgə addımlaması onun beynəlxalq subyektliyini artırır. Mərkəzi Asiya ölkələri ilə Azərbaycanın ortaq mövqedən çıxış etməsi həm təhlükəsizlik, həm də diplomatik çəkini artıran amildir. Regionun sərhədlərindən kənarda formalaşan risklər,  Əfqanıstandakı vəziyyətdən tutmuş böyük güclər arasında rəqabətə qədər  bütün iştirakçılar üçün ortaq xarakter daşıyır. Bu baxımdan, koordinasiyalı fəaliyyət ehtiyacı əvvəlkindən daha aktualdır”.

Deputata qeyd edib ki, Azərbaycanın formata daxil olması təkcə coğrafi faktor deyil. “Ölkənin iqtisadi potensialı, siyasi sabitliyi, balanslaşdırılmış xarici siyasəti və illər ərzində formalaşdırdığı diplomatik platforma onu regionlararası proseslərin təbii aparıcılarından birinə çevirir. Cənubi Qafqazı Mərkəzi Asiya ilə birləşdirən körpü funksiyası Azərbaycanı yeni regional arxitekturanın mərkəzinə çəkir. Bu arxitektura artıq təsadüfi əlaqələrin deyil, strateji vizionun məhsuludur.
Daşkənddə qəbul olunan qərar yaxın illər üçün üç əsas istiqaməti müəyyənləşdirir. Birincisi, Mərkəzi Asiya və Azərbaycan arasında vahid iqtisadi zona elementləri formalaşa bilər, qarşılıqlı investisiya axınları, rəqəmsal inteqrasiya, uyğunlaşdırılmış logistika siyasəti regionu daha rəqabətqabiliyyətli edəcək. İkincisi, Avrasiyanın əsas nəqliyyat-enerji arteriyası məhz bu məkan üzərində formalaşır. Orta Dəhliz artıq regional deyil, qlobal əhəmiyyətli layihəyə çevrilir və Bakı–Aktau–Türkmənbaşı xətti gələcək dünya ticarətinin mühüm hissəsini daşıya bilər. Üçüncüsü, regionun siyasi səsi güclənir, daha koordinasiyalı fəaliyyət böyük beynəlxalq platformalarda daha təsirli çıxış etməyə imkan verəcək.

Nəticə etibarilə, Daşkənd sammiti coğrafiyanın dövlətləri ayırdığı deyil, birləşdirdiyi yeni mərhələnin başlanğıcı oldu. Azərbaycan formatın genişlənməsinə əlavə rəng qatmaqla kifayətlənmədi , həm də regional əməkdaşlığa yeni dinamika verdi. Mərkəzi Asiya ilə Cənubi Qafqazı vahid strateji məkan kimi birləşdirdi. Bu qərar təkcə bugünün siyasi reallıqlarına reaksiya deyil, həm də gələcəyin geoiqtisadi düzəninə verilən cavabdır. Artıq Xəzərin hər iki sahilində yerləşən dövlətlər gələcəyə tək-tək deyil, birlikdə addımlayır və bu birlik regionu yeni güc mərkəzinə çevirə bilir, - o vurğulayıb.

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://olke.az
archiveBu xəbər 18 Noyabr 2025 18:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri