Icma.az
close
up
RU
Bu qərar təşviş yaratdı: İnsanlar küçədə qalacaq, Bakıda xaos olacaq?

Bu qərar təşviş yaratdı: İnsanlar küçədə qalacaq, Bakıda xaos olacaq?

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

"Bakı Metropoliteni" QSC-dən verilən məlumata görə, "Qırmızı" və "Yaşıl" xətlərin ayrılması layihəsi çərçivəsində "Cəfər Cabbarlı" və "Nizami" stansiyaları arasında birləşdirici tunelin inşa edilməsi səbəbilə "28 May" stansiyasından "Dərnəgül" stansiyası istiqamətinə doğru qatarların hərəkəti müvəqqəti təşkil edilməyəcək.

Sirr deyil ki, son illər paytaxtda əhalinin sayı sürətlə artır. Şəhərdə günün istənilən saatında tıxac əlindən tərpənmək mümkün olmur. İnsanlar mənzil başına vaxtında çata bilmir, saatlarla yollarda qalırlar.

Nə qədər sıxlıq yaşansa da, sərnişindaşıma üçün ən keyfiyyətli nəqliyyat vasitəsinin metro olduğunu deyə bilərik. Çünki metro digər sərnişindaşıma vasitələrindən daha sürətli və əlverişlidir. Lakin qeyd olunan tunelin inşası ilə əlaqədar qatarlar azı 6-8 ay ərzində "28 May"dan "Dərnəgül" istiqamətinə hərəkət etməyəcək ki, bu da şəhərdə daha böyük sıxlıq yaradacaq və əhali daha böyük çətinliklərlə üzləşmiş olacaq.

Maraqlıdır, Bakı bu sıxlığın öhdəsindən necə gələcək? Sərnişinlərin həmin istiqamətdə rahat hərəkəti üçün alternativ addımlar düşünülübmü?

Mövzu ilə bağlı Publika.az-a danışan nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev sərnişinləri narahat edən məsələyə aydınlıq gətirdi.

Ekspert bildirdi ki, ümumi olaraq metro şəbəkəsində fərqli xətlər varsa, onların müstəqil fəaliyyəti üçün hərəsinin ayrıca deposu olmalıdır:

"Bu xətlər arasında keçid stansiyaları olmalıdır ki, sərnişin axını parçalansın, rahat hərəkət təmin olunsun. Təəssüflər olsun ki, Bakı metrosunda xətlər eyni müstəvidə kəsişir. Yəni "28 May" stansiyasında 3 xəttimiz varsa, onun yalnız ikisinin deposu var. Bu da əlavə risklər yaradır. Bu səhvləri, bu məhdudiyyətləri aradan qaldırmaq üçün müəyyən layihələr icra olmalıdır ki, metromuz daha rahat fəaliyyət göstərə bilsin və inkişafı da daha sürətli olsun. Bildiyimiz kimi, bu ilin əvvəlində dövlət proqramı təsdiq olunub. 5 il ərzində görüləcək işlər nəzərdə tutulub, xətlərin ayrılması layihəsi, "28 May" stansiyasında "Dərnəgül" deposunun tikintisi nəzərdə tutulur. Həmçinin xətlərinin ayrılması çərçivəsində "İçəri şəhər" stansiyasının arxasında dönmə kamerası nəzərdə tutulur ki, bu da birbaşa intervala təsir edən layihələrdir. Və bununla yanaşı "Bənövşəyi" xəttin şəhərin mərkəzinə çatdırılması, "Yaşıl" xəttin "Xətai" ilə "Həzi Aslanov" stansiyası ilə əlaqələndirilməsi nəzərdə tutulub.

R.Ağamirzəyev onu da qeyd etdi ki, bu işlər mərhələli icra olunacaq və yaxın 5 ildə tam bitirilməsi nəzərdə tutulur:

"İlk olaraq "Dərnəgül" deposunun tikintisinə start verildi. Elan olundu ki, bu il ərzində xətlərin ayrılmasına da başlanacaq. Xətlərin ayrılması layihəsi çərçivəsində "Qırmızı" xətt üzrə "Həzi Aslanov"- "İçəri şəhər" xətti fəaliyyəti dayanmayacaq. Amma "Yaşıl" xəttin "28 May" stansiyası "Nizami" aralığı bağlanacaq. Və "Nizami"dən "Dərnəgül"ə hərəkət fəaliyyəti təmin olunacaq. Həmçinin "28 May" ilə "Nizami" arasında "şatl" tipli avtobuslar sərnişinləri bu istiqamətdə aparacaq. Və bu layihə çox vacibdir ki, sərnişin axınını parçalasın. Yəni indiki halda "28 May"dakı vəziyyəti dəyişə bilsin. Amma yaxın 5 ildəki layihələr metronun daxilindəki sərnişin axınını parçalayacaq, daha rahat hərəkəti təmin edəcək".

Ekspert hesab edir ki, bu layihə sayəsində relsli nəqliyyatın digər növləri də inkişaf edəcək və şəhərin mərkəzində bir stansiyada yığılmanın qarşısı alınacaq:

"Dəmiryolu daşınmasının sayının 4-5 dəfə artırılması, əlavə dəmir yol stansiyaları, həm şəhərin daxildə, həm də xaricində təşkili, tramvay xəttinin çəkilməsi, ayrılmış avtobus zolaqlarının, piyada infrastrukturunun yaxşılaşdırılması ümumi şəhər mobillik planının tərkib hissəsidir. Yəni bu vahid bir orqanizmdir. Yeni layihələr icra olunduqca keçid stansiyaları daha çox olacaq. Digər dünya şəhərlərində metro şəbəkəsində olan bir neçə xətt varsa, o keçid stansiyalarının sayı daha çox olur. Bu da sərnişin axının parçalanmasına xidmət edir. Düşünürəm ki, bunu anlayışla qarşılamalıyıq. Hədəfimiz bəlli, nəticəmiz də ona köklənməlidir ki, hərəkətlilik daha rahat olsun". 
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 10 Aprel 2025 00:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri