Icma.az
close
up
RU
“Bu qərarın qəbulu çox uğurlu bir nəticədir”

“Bu qərarın qəbulu çox uğurlu bir nəticədir”

Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

“COP29 tədbirlərinin əsas öhdəliklərindən və qarşısına qoyduğu məqsədlərdən biri də məhz qlobal istiləşməyə, eyni zamanda, iqlim dəyişikliklərinə qarşı birgə mübarizəni təşkil etmək üçün maliyyə axtarışının həyata keçirilməsi və maliyyə öhdəliklərinin razılaşdırılması idi”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev söyləyib.

Deputat qeyd edib ki, bütün bunlara yanaşı, havaya zəhərli qazların buraxılmasının qarşısının alınması və ümumilikdə qlobal istiləşməyə töhfə verə bilmək üçün iqtisadiyyatlarında müəyyən keçidlərinə dəyişikliklərin edilməsi vacib idi: “Xüsusilə də inkişaf etmiş ölkələr və böyük iqtisadiyyata malik olan dövlətlər bu məsələdən daha çox məsuliyyətli olmalıdırlar. Bu baxımdan da bugünədək bu dəyişikliklərə və keçidlərə müsbət baxılmırdı. Yaxud məhz iqlim dəyişikliklərinə qarşı birgə mübarizədə havanın çirkləndirilməsinin qarşısını almaq üçün illik öhdəlliklər və həyata keçirilmiş tədbirlərlə bağlı açıq hesabatların verilməsindən də bəzi dövlətlər boyun qaçırırdılar. Bu da müəyyən razılaşmaların əldə olunmasına maneçilik törədirdi”.

N.Həmzəyev əlavə edib ki, məhz COP29-da bu mübahisəli məsələnin də həllinə nail oluna bildi: “Xüsusilə də qlobal istiləşmənin qarşısını almaq üçün böyük dövlətlər öz iqtisadiyyatlarında keçidin alternativin olmadığı qərarına gəlmiş oldular. Biz inanırıq ki, xüsusilə də böyük iqtisadiyyata malik olan dövlətlər bu məsələlərdə aktiv olacaq. Milli səviyyədə təyin edilmiş töhfələrin müəyyənləşdirilməsi imkan verəcək ki, ölkələr qlobal olaraq emisiyaların azaldılması tədbirlərini tənzimləsinlər. Bu da nəticə etibarı ilə qlobal istiləşmənin qarşısını alacaq və istiləşmənin 1,5 dərəcə Selsi səviyyəsində saxlanılması ümumilikdə böyük təhdidlərə qarşı mübarizəni də bir növ təşviq etmiş olacaq. Azərbaycanda belə bir mühüm qərarın qəbul edilməsi çox uğurlu bir nəticədir və uzun illər məhz bu qərarın qəbul edilməsi və bu razılaşma Azərbaycanla, COP29-la bağlı olacaq. Biz inanırıq ki, qarşımıza qoyduğumuz məqsədə nail olmaq üçün Azərbaycan bütün öhdəliklərini, o cümlədən həm yaşıl enerjiyə keçidin təmin edilməsi, həm yaşıl iqtisadiyyatın qurulması, həmçinin qlobal istiləşməyə qarşı birgə mübarizədə yaxından iştirak etmək kimi öhdəlikləri də yerinə yetirə biləcək”.

Röya İsrafilova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 26 Noyabr 2024 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see299

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see294

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see285

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see272

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see264

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see262

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see247

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see236

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see230

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see222

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see210

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see207

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see197

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see190

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri