Icma.az
close
up
RU
Bu qış Bakıda qar görməyəcəyik? Ekoloqdan açıqlama

Bu qış Bakıda qar görməyəcəyik? Ekoloqdan açıqlama

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Paytaxt sakinlərini son günlər bir sual düşündürür: Niyə bir gün qışın soyuğu, növbəti gün isə yazın günəşi hiss olunur?
Demokrat.az 
xəbər verir ki, ekoloq Samir Quliyev Bakıdakı bu anomal "hava oyunları"nın pərdəarxası səbəblərini və insan həyatına gözlənilməz təsirlərini açıqlayıb.
Ekoloqun sözlərinə görə, bu kəskin dalğalanmalar birbaşa atmosferdəki rəqabətlə bağlıdır. Şimaldan gələn qütb soyuqları ilə cənubun isti hava axınları Bakı üzərində qarşı-qarşıya gələrək havanı saatlar içində dəyişir. Samir Quliyev məsələyə belə aydınlıq gətirib:
“Şimaldan soyuq hava axınları temperaturu düşür, cənubdan isti hava gətirən axınlar isə havanı mülayimləşdirir. Bu dəyişkənlik son illərdə qlobal iqlim dəyişikliyi ilə daha nəzərəçarpan olub. Havanın sürətlə dəyişməsi bitkilərin çiçəkləmə dövrünü poza bilər. Bu, kənd təsərrüfatında məhsuldarlığın azalmasına səbəb ola bilər. İnsan sağlamlığı üçün də risk yaradır, xüsusilə soyuqdəymə və allergiya halları artır”.
Ekspert qeyd edir ki, bu proses təkcə təbiətə deyil, həm də dövlətin və fərdlərin büdcəsinə təsir edir. İstilik sistemlərinin qeyri-sabit iş rejimi və proqnozların çətinləşməsi yeni çağırışlar yaradır. O, əlavə edib ki:
“Dalğalanmalar hava şəraitini proqnozlaşdırmağı çətinləşdirir. Qısa müddətli soyuq hava isə nadir hallarda güclü qış fəsadlarına gətirib çıxarır. Bakı iqlimi mülayim olduğundan uzunmüddətli sərt qışlar gözlənilmir. Lakin ani soyuq dalğalar bitkiləri və insanları təsir edə bilər. Bu səbəbdən hava dəyişikliklərinə hazırlıq və diqqət vacibdir”.
İqlim dəyişikliyinin bu qədər dinamik xarakter alması yalnız Bakı üçün deyil, bütün region üçün ekoloji xəbərdarlıq siqnalıdır. Temperaturun sabit qalmaması bioloji ritmləri alt-üst edir ki, bu da uzunmüddətli perspektivdə ərzaq təhlükəsizliyi və ekoloji balansın qorunmasını çətinləşdirir. Yəni, stabil hava gözləntisi artıq keçmişdə qalıb. İnsanlar gündəlik planlarını qurarkən bir neçə saatlıq proqnozlara güvənməli, sağlamlıqlarını qorumaq üçün geyim seçiminə və immun sisteminə xüsusi diqqət yetirməlidirlər. Həmçinin, evlərin qızdırılması zamanı enerji sərfiyyatındakı qəfil artımlara maddi cəhətdən hazırlıqlı olmaq tövsiyə edilir. (medialoq.az)
Demokrat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:247
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 23 Yanvar 2026 07:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see314

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see311

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see301

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see271

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see267

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see259

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see253

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see250

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see247

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see239

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see222

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see221

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see220

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see219

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see217

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see215

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see208

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see201

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri