Bu qız 20 ildir beyni olmadan yaşayır FOTO
Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Aleks Simpson adlı gənc qız 20 ildir beyni olmadan yaşayır.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, qız 2005-ci ildə ABŞ-nin Nebraska ştatında sağlam şəkildə dünyaya gəlib. Ancaq doğulduqdan 2 ay sonra aparılan müayinələr zamanı körpənin beyninin olmadığı üzə çıxıb.
“Hidranensefali” adlı xəstəliyi olan qızcığazın başında sadəcə çeçələ barmağı boyda beyin toxuması yerləşir.
Həkimlər Aleksin ailəsinə qızın maksimum 4 il yaşayacağını deyiblər. Buna baxmayaraq qız bir möcüzə nəticəsində 20 ildir həyatdadır və bu il 20 yaşını qeyd edib.
Ailəsi Aleksin eşitmə və görmə qabiliyyətinin olmadığını, ancaq ətrafındakıların hisslərini başa düşdüyünə inanır.
Bacısı deyir ki, əgər yanındakı kimsə çox streslidirsə, heç nə olmasa belə, Aleks bunu hiss edir və ya ətrafdakılardan birinin başı ağrıyırsa, bunu bilir.
“Onun gücü hamımıza ilham verir” deyə Aleksin atası Şaun Simpson söyləyir.
Billurə






Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 11 Noyabr 2025 17:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















