Icma.az
close
up
RU
Bu Qlobal Cənub ölkələrinin yeni bir QHT platforması kimi üzə çıxması deməkdir Deputat

Bu Qlobal Cənub ölkələrinin yeni bir QHT platforması kimi üzə çıxması deməkdir Deputat

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün Bakıda dünya əhalisinin təxminən 80%-ə yaxın hissəsi özündə birləşdirən 116 ölkədən nüfuzlu QHT rəhbərlərinin, vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə Qlobal Cənub QHT Platformasının təsis konfransı işinə başlayıb.
Milli Məclisin deputatı Tural Gəncəliyev Demokrat.az-a açıqlamasında bildirib ki, Qlobal Cənub QHT Platformasının təsis konfransının Azərbaycanda keçirilməsi çox önəmli bir hadisədir:
“Bu, müasir və gələcək dünyamızda Azərbaycanın artıq xüsusi rol oynadığını və öz rolunu daha da yüksəldəcəyinin bir mesajıdır. Qlobal Cənub QHT forumunda önəmli mesaj odur ki, bu QHT-lər əsasən dünyanın inkişaf etməkdə olan Qlobal Şimal və Qərb institutlarının birləşdiyi platformada təmsil olunmurlar. Bu Qlobal Cənub ölkələrinin yeni bir QHT platforması kimi üzə çıxması deməkdir. Təbii ki, bunun da bir nömrəli arxasında duran güc məhz Azərbaycandır”.
Deputat əlavə edib ki, bu, ölkəmizin həm də bir yumşaq güc mərkəzi kimi formalaşmasının göstəricisidir:
“Qlobal Cənub QHT platforması üzərindən öz yumşaq gücümüzü dünyaya çatdırırıq. Bəzən Qərb institutları tərəfindən QHT platformaları siyasi manipulyasiya aləti olaraq Qlobal Cənuba, digər ölkələrə qarşı istifadə olunublar.  Ancaq Qlobal Cənub platformasında məhz Qlobal Cənub ölkələrinin QHT maraqlarının müdafiə və təmsil olunması baxımından bu tam yeni bir platforma kimi üzə çıxır. Yenə də bunun arxasında Azərbaycan durur ki, bu da həmin bu platformanın gələcək perspektivlərinin yaxşı olacağını vəd edir”. 
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 28 Aprel 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see276

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see259

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see257

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see243

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see237

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see236

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see235

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see232

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see227

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see222

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see221

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see210

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see209

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see205

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see205

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see200

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see198

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see193

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri