Bu qonşu ölkənin 19 bölgəsinə SEL XƏBƏRDARLIĞI EDİLDİ
Icma.az bildirir, Baku.ws portalına istinadən.
Türkiyədə hava şəraiti kəskin dəyişəcək.
BAKU.WS xəbər verir ki, Meteorologiya Baş İdarəsi (MGM) ölkə ərazisində hava şəraitinin kəskin pisləşəcəyi ilə bağlı xəbərdarlıq edib.
Egey və Mərkəzi Anadolu bölgələri ilə yanaşı, Qara dəniz sahillərində də güclü leysan yağışları və sel riski gözlənilir. Fəsadların qarşısını almaq üçün 19 şəhərdə "sarı" təhlükə kodu elan edilib.
Son qiymətləndirmələrinə görə, bu gün günortadan sonra ölkənin böyük bir hissəsində ildırım çaxacağı, göy gurultulu leysan yağışlarının yağacağı proqnozlaşdırılır.
Sel təhlükəsi olan şəhərlər isə Ankara, İzmir, Antalya, Aydın, Afyonkarahisar, Bolu, Burdur, Çankırı, Denizli, Eskişehir, Isparta, Kastamonu, Konya, Kütahya, Manisa, Muğla, Sinop, Uşak və Karabükdür.
Sinoptiklər təkcə yağış deyil, həm də güclü külək barədə xəbərdarlığı da ediblər.
Mərmərə dənizinin cənub və qərbində, Egey sahili boyu və Daxili Anadoluda küləyin sürətinin saatda 40-60 kilometrə çatacağı bildirilir.
Vətəndaşlardan dam örtüklərinin uçması və ağacların aşması kimi bədbəxt hadisələrə qarşı diqqətli olmaq xahiş olunur.
Qalereya
Baxış sayı:103
Bu xəbər 18 İyun 2026 13:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















