Icma.az
close
up
RU
Bu QR kodlar sizi izləyir Bank hesabınız əldən gedə bilər

Bu QR kodlar sizi izləyir Bank hesabınız əldən gedə bilər

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son illərdə restoran menyularından avtobus biletlərinə, reklamlardan bank əməliyyatlarına qədər bir çox sahədə geniş istifadə olunan QR kodlar, eyni zamanda kiberhücumlar üçün açıq qapı rolunu oynaya bilər.

Yenisabah.az xəbər verir ki, texnologiya mütəxəssisləri QR kodların arxasında təhlükəli linklərin gizlədilə biləcəyini, bu səbəbdən istifadəçilərin diqqətli olması gərəkdiyini bildirirlər.

“QR kodlar virus daşıya bilər” pizza sifarişi

Kibertəhlükəsizlik mütəxəssisi Onur Aksoy məsələ ilə bağlı açıqlamasında bildirib ki, artıq bəzi hakerlər saxta QR kodlar hazırlayaraq istifadəçiləri fişinq saytlarına yönləndirir:

“İnsanlar QR kodu telefonla oxutduqda, həmin kodun içində yerləşdirilmiş zərərli linkə yönləndirilə bilərlər. Bu zaman şəxsi məlumatlar, şifrələr, hətta bank hesabları belə risk altına düşə bilər.”

Mütəxəssislərin fikrincə, saxta QR kodlar daha çox kafelər, restoranlar, afişalar, nəqliyyat vasitələri və reklam panolarında yerləşdirilir. İlk baxışda etibarlı görünən bu kodların içində fırıldaqçılar tərəfindən dəyişdirilmiş linklər ola bilər.

QR kod istifadə edənlərə aşağıdakı təhlükəsizlik tövsiyələri verilir:

QR kodu skan etdikdən sonra açılan linkə klik etmədən əvvəl saytın ünvanını diqqətlə yoxlayın

Tanımadığınız mənbələrə məxsus QR kodlardan uzaq durun

Telefonunuza etibarlı antivirus proqramı quraşdırın

Açılan səhifə sizdən şəxsi məlumat və ya şifrə tələb edirsə, heç bir məlumat daxil etməyin

İctimai yerlərdə üzərində dəyişiklik izləri olan və ya qeyri-peşəkar görünən QR kodlara etibar etməyin.

Mütəxəssislər qeyd edir ki, QR texnologiyası gündəlik həyatı asanlaşdırsa da, onun arxasında gizlənən təhlükələrə qarşı maariflənmək və ehtiyatlı olmaq vacibdir.

Aydan Hacı 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:202
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 18 İyul 2025 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri