Icma.az
close
up
RU
Bu qurum 20 ildir mövcuddur Yalnız bir rəhbəri olub

Bu qurum 20 ildir mövcuddur Yalnız bir rəhbəri olub

Hurriyyet saytına istinadən Icma.az xəbər verir.

Bu gün Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 20 ili tamam olur. Prezident İlham Əliyev 2005-ci il dekabrın 16-da ölkədə fövqəladə hallara cavabdeh olan qurumun yaradılması haqqında sərəncam imzalayıb. Həmin dövrə qədər müxtəlif qurumların tərkibində pərakəndə formada fəaliyyət göstərən fövqəladə hallara cavabdeh olan idarə və təşkilatlar ilk dəfə vahid strukturda birləşdirildi.

Fövqəladə Hallar Nazirliyinin əsas fəaliyyət istiqamətləri  mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, yanğın təhlükəsizliyinin, su hövzələrində insanların təhlükəsizliyinin, sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin və tikintidə təhlükəsizliyin təmin olunması, neft və neft məhsullarının qəza nəticəsində axımları ilə əlaqədar yaranmış fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, dövlət material ehtiyatları fondlarının yaradılması sahələrində dövlət siyasətini və tənzimlənməsini işləyib hazırlayır və həyata keçirilməsini təmin edir.

Nazirlik mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, yanğın təhlükəsizliyinin, su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması sahələrində, eləcə də fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə vahid dövlət sistemi çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətini əlaqələndirir.

FHN-nin səlahiyyətlərinə aid edilən məsələlər üzrə normativ tənzimləməni və nəzarət-yoxlama funksiyalarını həyata keçirir. Mülki müdafiəni, əhalinin və ərazilərin fövqəladə hallardan və yanğınlardan qorunmasını, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasını, su hövzələrində insanların təhlükəsizliyinin, sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin və tikintidə təhlükəsizliyin təmin olunmasını, dövlət material ehtiyatları fondlarının yaradılmasını və idarə olunmasını, təbii, texnogen və terror təhlükələrinə məruz qalan strateji əhəmiyyətli müəssisələrin, obyektlərin və qurğuların mühafizəsini, fövqəladə hallarda çevik reaksiya verilməsini və humanitar yardımların idarə olunmasını təşkil edir və həyata keçirir. Nazirliyin fəaliyyət dairəsinə aid edilən sahələrin inkişafını təmin edir.

Artıq müasir yanğınsöndürmə, qəza-xilasetmə texnika və avadanlıqlarının, müasir radiosistemli və çoxfunksiyalı xüsusi təyinatlı avtomobillərin, mina və hərbi sursatların aşkar edilməsi və zərərsizləşdirilməsi vasitələrinin, dənizdə xilasetmə əməliyyatları üçün yüksəksürətli və çoxfunksiyalı katerlərin, xilasedici qayıqların, axtarış gəmilərinin, yanğınsöndürmə və digər xilasetmə funksiyalarını həyata keçirən “Be-200ÇS” amfibiya-təyyarəsinin, helikopterlərin, tikintilərin mövcud texniki təhlükəsizlik norma və qaydalarına uyğun aparılmasına nəzarəti həyata keçirmək üçün səyyar laboratoriyaların, müasir dozimetrik, radiometrik və spektrometrik vasitələrin, fövqəladə hadisə baş vermiş müxtəlif ərazilərdə qısa müddət ərzində zərərçəkmiş və xəstələrə tam həcmli tibbi yardım göstərmək üçün mobil hospitalların, yüzlərlə müxtəlif təyinatlı digər xüsusi texniki vasitələrin imkanlarından iş prosesində bacarıqla istifadə edilir. Ötən illər ərzində alınan tək xüsusi texnikaların sayı 1134, o cümlədən yanğınsöndürmə avtomobillərinin sayı 789-dur. Bundan əlavə, yüzlərlə digər texniki vasitələr alınıb. 

20 ilik fəaliyyəti dövründə Fövqəladə Hallar Nazirliyi bu gün istənilən fövqəladə hadisə ilə uğurla mübarizə aparmaq imkanına malik peşəkar bir qurum imici yaratmağı bacarıb. Ötən illər ərzində dövlət başçısının imzaladığı müvafiq sərəncamlarla nazirliyin xidmətdə fərqlənən 513 əməkdaşının müxtəlif orden və medallara, 34 nəfərin fəxri adlara layiq görülüb.

Yaradıldığı gündən etibarən nazirliyə general-polkovnik Kəmaləddin Heydərov rəhbərlik edir.

Yenisabah.az

Share

Tweet

Email

Share

Share

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 16 Dekabr 2025 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri