Icma.az
close
up
RU
Bu quruma yeni səlahiyyət verildi Fərman

Bu quruma yeni səlahiyyət verildi Fərman

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyev sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar bir sıra fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Gununsesi.info xəbər verir ki, fərmana əsasən, İpoteka və Kredit Zəmanət Fondunun sahibkarların manatla aldığı kreditlərə təminat verilməsi və həmin kreditlərə hesablanmış faizlərə subsidiya verilməsi ilə bağlı səlahiyyətləri İqtisadiyyat Nazirliyinin tabeliyində “Azərbaycan Biznesinin İnkişafı Fondu” ASC-yə həvalə edilib.

Fərman qüvvəyə mindiyi tarixədək Fondun sahibkarların manatla aldıqları kreditlərə verilmiş təminat və həmin kreditlərə hesablanmış faiz subsidiyaları üzrə hüquqlarının həyata keçirilməsinin və öhdəliklərinin icrasının tam başa çatdırılmasını mövcud normativ hüquqi aktlara uyğun olaraq, Fond təmin etməlidir.

Fərmanda nəzərdə tutulmuş təminat və faiz subsidiyası mexanizmləri ilkin mərhələdə pilot layihə kimi 2030-cu il dekabrın 31-nə qədər, Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla, ölkənin digər ərazilərində tətbiq edilir.

Təminat və faiz subsidiyası mexanizmləri çərçivəsində müvəkkil təşkilatların sahibkarlıq subyektlərinə təqdim etdiyi kreditlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 13 %-dir və təqdim edilən kreditlər üzrə hesablanmış illik faiz dərəcəsinin 50 %-i dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılır.

Təminat və faiz subsidiyası mexanizmlərinin tətbiqi “Elektron kredit və zəmanət” informasiya sisteminin fəaliyyəti Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla, ölkənin digər ərazilərini əhatə edənə qədər həm elektron qaydada, həm də sənədlərin kağız formada qəbulu və icrası yolu ilə həyata keçirilir.

Nazirlər Kabineti aşağıdakılar barədə təkliflərini hazırlayıb dövlət başçısına təqdim etməlidir:

– 6 ay müddətində sahibkarların manatla aldığı kreditlərə təminat və həmin kreditlərə hesablanmış faizlərə subsidiya verilməsi mexanizmlərinin tətbiqi təcrübəsi, o cümlədən ölkə Prezidentinin 9 yanvar 2023-cü il tarixli fərmanı ilə təsdiq edilmiş “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”nın tətbiqi nəticələri nəzərə alınmaqla, həmin mexanizmlərin təkmilləşdirilməsinə dair;

– 3 ay müddətində, normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı;

Hökumət işğaldan azad edilmiş ərazilər istisna olmaqla, digər ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə tətbiq olunacaq ümumi kredit portfelinin məbləğini və həmin portfel üzrə dövlət zəmanəti ilə təmin ediləcək məbləğin yuxarı həddini 1 ay müddətində müəyyən edib dövlət başçısına məlumat verməli, sahibkarların manatla aldığı kreditlərə təminat və həmin kreditlərə hesablanmış faizlərə subsidiya verilməsi ilə bağlı mexanizmlərin maliyyələşdirilməsi məqsədilə Cəmiyyətin tələb olunan maliyyə vəsaiti ilə təmin edilməsi üçün 1 ay müddətində zəruri tədbirlər görməli, fərmanda nəzərdə tutulmuş öhdəliklərin icra vəziyyətinə nəzarəti həyata keçirsin və onların icrası başa çatdıqdan sonra bu barədə Prezidentə məlumat verməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Maliyyə Nazirliyi fərmandan irəli gələn aidiyyəti məsələlərin həlli üçün zəruri tədbirlər görməli, İqtisadiyyat Nazirliyi dövlət başçısının 2 fevral 2021-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” nəzərə alınmaqla, fərmanda nəzərdə tutulmuş mexanizmlərin tətbiq ediləcəyi prioritet sahələri bir ay müddətində müəyyən etməli, Elektron kredit və zəmanət” informasiya sisteminin təkmilləşdirilməsi, o cümlədən fərmanda nəzərdə tutulmuş təminat və faiz subsidiyası mexanizmlərinin həmin sistem üzərindən tam tətbiqinin təmin edilməsi məqsədilə üç ay müddətində zəruri tədbirlər görməlidir.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 09 İyun 2026 20:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see324

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see321

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see314

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see282

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see277

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see269

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see264

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see260

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see258

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see251

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see232

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see231

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see230

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see228

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see225

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see220

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see217

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see213

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri