Icma.az
close
up
RU
“Bu, Ramiz Mehdiyev üçün Allahın cəzasıdır”

“Bu, Ramiz Mehdiyev üçün Allahın cəzasıdır”

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


“Bütün cəmiyyətin nifrətinə və hiddətinə səbəb olan hadisədir. Azərbaycan Vətən müharibəsindən sonra ərazi bütövlüyünü bərpa edib. ABŞ, ÇİN liderləri Azərbaycan Prezidentinə nə dərəcədə hörmətlə yanaşır, bunu hər kəs görür, bilir. Belə halda Ramiz Mehdiyevin xəyanəti hiddətləndirici məsələdir”.

Bakupost.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında millət vəkili Musa Quliyev Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Azərbaycanda dövlət çevrilişi həyata keçirmək üçün Rusiyanın müəyyən strukturlarının rəhbərlərinə yazdığı məktubu şərh edərkən bildirib.

Deputatın sözlərinə görə, millətə, dövlətə xəyanətdən ağır ittiham yoxdur:

“Ramiz Mehdiyevin ünvanladığı məktubda “Dövlət şurası” yaradılması ilə bağlı təklifinə gəlincə, bu, sovet rejimin naftalin qoxan təfəkkürüdür. O düşüncəni həyata keçirmək normal ağıla sığmayan bir şeydir. Vəzifədən gedəndən sonra AMEA-da, nəvəsinin toyunda oyunlar çıxardı. Bunların hamısı dövlətə meydan oxumaq idi. Dinc durmaq, xalqından üzr istəmək əvəzinə, Azərbaycanla Rusiya arasında münasibətlər bir az soyuyan kimi, xəyanət addımı atdı. Bunu heç kəsə bağışlamaq mümkün deyil. Hüquq-mühafizə orqanları da bu məsələ ciddi münasibətlərini bildirirlər, araşdırmalar gedir. Məxfilik qorunduğu üçün hələlik geniş informasiyalara sahib deyilik. Amma yəqin ki, bunlar zamanla ictimaiyyətə də açıqlanacaq. Bu, həm də görk olmalıdır. Azərbaycan dövləti heç vaxt olmadığı qədər indi çox güclüdür. Cənab Prezidentin reytinqi 100 faizin üzərindədir, xalqın etimadını qazanıb. Belə bir halda xəyanət yolu tutmaq bəlkə də Allahın cəzasıdır”.

Ramiz Mehdiyev Rusiyaya göndərdiyi məktubda “Dövlət Şurası”nı 50 nəfərlik heyətlə idarə edəcəyini bildirib. Musa Quliyev bu siyahıda müxalifət liderlərinin olması ilə bağlı yayılan xəbərlərə də münasibətini açıqlayıb:

“Siyahıda müxalifət liderlərinin olması ilə bağlı xəbərlər mənim üçün heç də təəccüblü deyil. Bu məsələ ortaya çıxandan sonra xaricdə oturub Azərbaycanda aranı qarışdırmaq istəyənlər çox fəallıq göstərirlər. Bu da məsələnin təsadüfi olmadığını göstərir. Düşünürəm ki, istintaq çox ciddi nəticələr ortaya qoyacaq”.

Qeyd edək ki, Azərbaycanda dövlətə xəyanətdə ittiham olunan Ramiz Mehdiyev barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 28 Oktyabr 2025 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see406

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see394

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see377

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see362

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see251

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see247

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see240

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see237

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see232

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see227

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see218

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see211

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see200

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see196

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see183

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see178

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see178

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see170

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri