Icma.az
close
up
RU
Bu rayonlar da tıxac problemi ilə ÜZLƏŞİB Alternativ YOL ÇƏKİLİR? FOTO

Bu rayonlar da tıxac problemi ilə ÜZLƏŞİB Alternativ YOL ÇƏKİLİR? FOTO

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Paytaxt Bakıdan sonra tıxacdan əziyyət çəkən şəhərlərimiz də var.
Zaqatala və Balakən şəhərləri ölkəmizin Şimal-Qərbində, paytaxtdan 450-500 km məsafədə yerləşir.
Deyə bilərsiz ki, bu ucqar şəhərlərdədəmi tıxac olur?
Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolu ölkəmizin əsas magistrallarından biri hesab olunur. Bu yol həm də Avropa ilə Asiyanı birləşdirən mühüm quru yollarından biridir.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ilin bütün fəsillərində bu magistralda nəqliyyat sıxlığı yaşanır. Lakin bir sıra çətinliklər də mövcuddur. Belə ki, uzun TIR-lar şəhərdaxili ərazilərdən keçərkən həm yerli avtomobillər, həm də yükdaşıyan nəqliyyat vasitələri xeyli vaxt itkisinə məruz qalır. Əməkdaşımız Zaqatala və Balakən şəhərləri daxilindən keçən bu magistalda son vaxtlar əmələ gələn sıxlıqları araşdırıb. 
Adətən nəqliyyat sıxlığını, tıxacları biz paytaxt Bakıda müşahidə edərdik. Lakin son illər ölkənin bir sıra iri şəhərlərində də günün müxtəlif saatlarında belə tıxaclarla qarşılaşmaq mümkündür. Belə şəhərlərdən biri də Zaqataladır.
Ölkə paytaxtından 450 km məsafədə yerləşən bu şəhərdə son illər infrasturukturun böyüməsi ilk növbədə nəqliyat vasitələrinin də artmasına səbəb olub.
Yevlax- Zaqatala-Gürcüstan magistralının 10-km-ə yaxını Zaqatala şəhərinin, 5 km-i isə Balakən şəhərinin daxilindən keçir. Bu səbəbdən hər iki şəhərdə ciddi nəqliyyat sıxlığı hiss olunur. Mütəxəssislər hesab edir ki, yeni alternativ yolun çəkilməsinə ehtiyac var.
Zaqatala rayon icra hakimiyyətinin şəhər üzrə nümayəndəsi Oruc Qaraxanov Bizim.Media-ya açıqlamasında bildirib ki, vaxtilə magistral salınanda bu ərazilərdə heç bir yaşayış məntəqəsi, yaxud digər isfrasturuktur olmayıb. Lakin son illər Zaqatalada infrasururktur xeyli inkişaf edib, magistral boyu və yaxınlıqda, yol ətrafında yüzlərlə yaşayış və ticarət obyektləri inşa olunub ki, bu da nəqliyyatın hərəkətində ciddi sıxlığın əmələ gəlməsinə səbəb olub.
“Burada xeyli sayda nəqliyyat vasitələri hərəkət edir. Beynəlxalq yükdaşımalar üzrə hərəkət edən nəqliyyat vasitələri, iritonnajlı maşınlar şəhərimizin bu hissəsindən keçir. Yol həddindən artıq yüklənir ki, bu da əhali arasında narazılıq yaradır. Dəfələrlə rayon rəhbərliyi müəyyən aidiyyəti orqanlar qarşısında məsələlər qaldırıb, layihələr hazırlanıb, təkliflər irəli sürülüb. Bu gün Zaqatala sakinləri, şəhər ictimaiyyəti adından xahiş edərdik ki, bu beynəlxalq yola uyğun olaraq şəhər ərafından alternativ yol nəzərdə tutulsun”.
Oruc Qaraxanov bu vacib məsələnin tezliklə həll edilməsi üçün işlərə başlamağın zamanı gəldiyini deyib:
“Zaqatalanın Muğanlı kəndi istiqamətdən də qonşu ölkəyə yeni gömrük keçid məntəqəsinin açılması istiqamətində artıq iş aparılması nəzərə alınıb və bu layihəni tezləşdirməyin zamanı çatıb”.
Yeri gəlmişkən magistralın Zaqataladan Balakənə qədər ara məsafəsi 25 km-dir və bəzən bu yollarda da sıxlıqlar müşahidə edilir.
Mikroavtobus sürücüsü Zamir Cereyevin sözlərinə görə günün səhər və axşam saatlarında hər iki şəhərin mərkəzində xeyli vaxt itirirlər. Həmçinin şəhərlərarası magistralda 4-5 TIR-ın sıralama ilə hərəkət etməsi də onların ünvana çatmasında xeyli çətinlik yaradır.
Məsələ ilə Azərbaycan Avtomobill Yolları Dövlət Agentliyinin mətbuta katibi Anar Nəcəfli bildirib ki, hələlik Zaqatala şəhərətrafı alternativ yolun inşası barədə heç bir layihə və işin görülməsi planlaşdırılırmır:
“Hazırda Dövlət Agentliyi Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun Şəki-Zaqatala hissəsinin yenidən qurulması üzərindən işləyir və maliyyə vəsaitinin ayrılmasını gözləyir.







Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://bizim.media
archiveBu xəbər 07 Fevral 2025 09:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri