Bu rayonlara istirahətə gedənlərə PİS XƏBƏR
Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.
Quba rayonunun yüksək dağlıq ərazilərində güclü qar yağıb.
"Yeni Sabah" xəbər verir ki, qar ən çox Qrız kəndinə düşüb. Burada qar örtüyünün hündürlüyü 27 santimetrə, Xınalıqda isə 25 santimetrə çatıb.
Səhər saatlarında Quba-Xınalıq avtomobil yolunda nəqliyyatın hərəkəti çətinləşib. İnternet mağaza
Tətil günləri ilə əlaqədar Xınalığa üz tutan turistlərin bir qismi isə yol şəraitinin təhlükəli olması səbəbindən səfərlərini yarımçıq qoyaraq geri qayıtmalı olublar.
Yolda nəqliyyatın hərəkətini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ağır texnikası əraziyə cəlb olunub. Görülən tədbirlər nəticəsində yolda hərəkət bərpa edilib.
Hazırda Quba-Xınalıq avtomobil yolu açıqdır. Bununla belə, sürücülərə zərurət olmadıqca həmin istiqamətdə hərəkət etməmək, səfərə çıxanlara isə yol və hava şəraitini nəzərə alaraq ehtiyatlı olmaq tövsiyə edilir.
Baxış sayı:139
Bu xəbər 10 Noyabr 2026 00:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















