Icma.az
close
up
RU
Bu rayonlarda köçkünlərə verilən mənzillərin sahəsi minimum səviyyədən aşağıdır

Bu rayonlarda köçkünlərə verilən mənzillərin sahəsi minimum səviyyədən aşağıdır

Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Xəbər verdiyimiz kimi, ötən il dövlət hesabına 1 634 məcburi köçkün ailəsi mənzillə təmin olunub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, 1 634 məcburi köçkün ailəsində ailə üzvlərinin ümumi sayı 6 492 nəfər olub.
Qeyd edək ki, məcburi köçkün ailələrinə verilən mənzillərin ümumi sahəsi 153 502,3 kvadratmetr olduğu üçün hər bir məcburi köçkünə orta hesabla 23,6 kvadratmetr mənzil sahəsi düşüb.
Onu da bildirək ki, adambaşına düşən mənzil sahəsi ayrı-ayrı rayonlarda fərqli olub. Məsələn, Laçın rayonunda hər bir məcburi köçkünə orta hesabla 34,2 kvadratmetr mənzil sahəsi düşdüyü halda, Biləsuvar rayonunda bu göstərici 9,4 kvadratmetr olub.
Məlumat üçün qeyd edək ki, Azərbaycanda adambaşına düşən minimum mənzil sahəsi 12 kvadratmetrə bərabərdir. “Yaşayış minimumu haqqında” Qanunun tətbiq edilməsi barədə Prezidentin 2004-cü il 29 dekabr tarixli, 170 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti 2005-ci il 23 iyun tarixində Qərar qəbul edib. “Minimum istehlak səbətinin tərkibinin təsdiq edilməsi haqqında” Qərarda açıq şəkildə göstərilir ki, Azərbaycanda adambaşına düşən minimum mənzil sahəsi 12 kvadratmetr təşkil edir. Qanuna görə bu ölçü elmi normalar əsasında müəyyən edilib və insanın sağlamlığı və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan normadır.
Siyahıda ötən il məcburi köçkünlərə dövlət hesabına verilən mənzillərdə adambaşına düşən mənzil sahəsi göstərilib:
Laçın r. – 34,2 kv.m;
Cəbrayıl r. – 31,7 kv.m;
Xocalı r. – 23,2 kv.m;
Şuşa r. – 21,3 kv.m;
Füzuli r. – 19,7 kv.m;
Sumqayıt ş. – 18,5 kv.m;
Abşeron r. – 16,7 kv.m;
Mingəçevir ş. – 16,5 kv.m;
Binəqədi r. – 16,4 kv.m;
Kürdəmir r. – 16 kv.m;
Ağcabədi r. – 15,9 kv.m;
Şirvan ş. – 15,9 kv.m;
Sabunçu r. – 15,8 kv.m;
Qaradağ r. – 15,2 kv.m;
Pirallahı r. – 14,8 kv.m;
Tərtər r. – 14,5 kv.m;
Şabran r. – 13,6 kv.m;
Ağdam r. – 13,4 kv.m;
Yevlax r. – 13,2 kv.m;
Zaqatala r. – 13,2 kv.m;
Ucar r. – 13 kv.m;
Qəbələ r. – 13 kv.m;
Bərdə r. – 12,8 kv.m;
Goranboy r. – 12,5 kv.m;
Sabirabad r. – 11,7 kv.m;
Gəncə ş. – 11,7 kv.m;
İmişli r. – 11,2 kv.m;
Saatlı r. – 10,1 kv.m;
Göygöl r. – 9,8 kv.m;
Beyləqan r. – 9,7 kv.m;
Biləsuvar r. – 9,4 kv.m.
Açıqlanan məlumatlardan da göründüyü kimi, 7 şəhər və rayonda məcburi köçkünlərə verilən mənzillərdə adambaşına düşən mənzil sahəsi minimum səviyyədən də aşağı olub.
Onu da xatırladaq ki, Mənzil Məcəlləsinin 49-cu maddəsində göstərilir ki, dövlət mənzil fondunun minimal ölçüsü müvafiq icra hakimiyyəti tərəfindən müəyyən olunur. 2022-ci ildə müvafiq icra hakimiyyəti, yəni Nazirlər Kabineti “Dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilməsi məqsədləri üçün uçot normasının müəyyən edilməsi barədə” qərar layihəsini açıqlayıb və bildirilib ki, mənzillərin minimal sahəsi 12 kvadratmetr nəzərdə tutulacaq. Bu qərar layihəsi bu günə kimi təsdiq olunmasa da, 2019-cu ildə sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasını təsdiq edib. Həmin qərarda dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması 16 kvadratmetr müəyyən edilib.
Elnur Əli
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 23 Aprel 2025 18:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see238

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see174

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see158

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri