Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

Liqa 1: PSJ dən geridönüş

İbrahim Tatlısesin model gəlininin evini su basdı

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

Bu rayonlarda qanun pozuntuları AŞKARLANDI

Bu rayonlarda qanun pozuntuları AŞKARLANDI

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bir sıra rayon bələdiyyələrində qanun pozuntuları aşkarlanıb.

Redaktor.az xəbər verir ki, bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın (Ədliyyə Nazirliyi) illik məruzəsində öz əksini tapıb.

Aparılmış müxtəlif dövrləri əhatə edən araşdırmalar zamanı cinayət əlamətləri aşkar edilərək toplanmış sənədlər 62 halda hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə istintaq orqanlarına göndərilib. Həmin materiallardan 14-ü üzrə cinayət işi başlanıb, 17-si üzrə qanun pozuntularının aradan qaldırılması barədə təqdimatlar verilib, 31-i üzrə isə araşdırma yekunlaşıb.

O cümlədən:

- Abşeron rayonu Fatmayı bələdiyyəsinin fəaliyyəti araşdırılıb və bələdiyyənin vəzifəli şəxsi tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə nəticəsində bələdiyyənin və cəmiyyətin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulması faktı üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1-ci və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb;

- Qusar rayonu Quxuroba bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsinin ayrılması ilə bağlı qanunsuz sənəd tərtib olunması və bilə-bilə saxta sənədlərdən istifadə edilməsi faktı üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 320.1-ci və 320.2-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə) maddələri ilə cinayət işi başlanıb;

- Saatlı rayonu Sarıcalı bələdiyyəsinin sədri tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq etməsi faktı üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

- Biləsuvar rayonu keçmiş Aşağı Cürəli-Muğan bələdiyyəsinin vəzifəli şəxsləri tərəfindən kollegiallıq prinsiplərinə əməl edilmədən bələdiyyə mülkiyyətinə aid torpaq sahələrinin ayrılması barədə qərarlar tərtib edilməsi, yerli büdcə vəsaitlərinin mənimsənilməsi və bələdiyyə əmlaklarının israf edilməsi faktı üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 179.2.3-cü, 179.2.4-cü (mənimsəmə və ya israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb;

- Xaçmaz rayonu Mürşüdoba bələdiyyəsinin vəzifəli şəxsi tərəfindən yerli büdcə vəsaitlərinin mənimsənilməsi və bələdiyyənin mülkiyyətinə aid torpaq sahəsinin ayrılması ilə bağlı qanunsuz sənəd tərtib olunması faktı üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.3-cü (dələduzluq) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb;

- Tovuz rayonu Böyük Qışlaq bələdiyyəsinin vəzifəli şəxsləri tərəfindən kollegiallıq prinsiplərinə əməl edilmədən bələdiyyənin adından saxta qərarlar tərtib edilməsi faktı üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci (rüşvət alma (passiv rüşvətxorluq)) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb və s.

Həmçinin Tərtər rayonu Sarov, Qaradağlı, Yuxarı Qapanlı, Bəyimsarov, Abşeron rayonu Qobu, Qusar rayonu Urva, Samur, Gədəbəy rayonu keçmiş Novosaratovka və s. bələdiyyələrin vəzifəli şəxsləri barəsində toplanmış sənədlər hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə istintaq orqanlarına göndərilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:155
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 09 Fevral 2026 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see487

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see469

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see450

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see322

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see310

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see282

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see264

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see258

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see249

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see242

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see234

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see222

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see215

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see214

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see210

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see209

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see203

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see188

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see186

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri