Bu rayonlarda qanunsuz kömür quyuları aşkarlandı
Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xaçmaz, Göygöl və Qəbələ rayonlarının inzibati ərazisində qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları və dəmir soba aşkar olunub.
"Unikal" xəbər verir ki, Araşdırma zamanı qanunsuz kömür istehsalı ilə məşğul olan şəxslərin Abşeron rayonu Mehdiabad qəsəbə sakini Mehman Bayramov, Göygöl rayonu Toğanalı kənd sakinləri Bəxtiyar Verdiyev, Məzahir Qurbanov, Vüsal Quliyev və Qəbələ rayonu Nic qəsəbə sakini Ayxan Qəribli olduğu müəyyən edilib.
Faktlarla bağlı, adıçəkilən şəxslər barəsində akt və protokol tərtib edilərək qanunamüvafiq tədbir görülüb, kömür hazırlanma yerləri isə ləğv edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 11 Mart 2026 19:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















