Bu rayonlarımıza 7 milyon manat ayrıldı
Icma.az, Sitat.info portalına istinadən məlumat verir.
Azərbaycanın azad edilmiş ərazilərində mərhələli şəkildə bərpa-quruculuq, yenidənqurma işləri davam etdirilməkdədir.
Sitat.infodövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, bu işlərin davamı kimi Xankəndi, Xocalı şəhərlərinin və Əsgəran qəsəbəsinin xarici su təchizatı və tullantı su şəbəkə və qurğularının tikintisi işləri aparılacaq.
Belə ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti artıq bununla bağlı bir müddət əvvəl başladığı müvafiq işləri yekunlaşdırıb.
Qurum sözügedən işlərin icrasını "Ramco" Qapalı Səhmdar Cəmiyyətinə (QSC) həvalöə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, QSC-yə 6.889 milyon manat ödənilib.
Qeyd edək ki, işlərin həvalə olunduğu "Ramco" QSC 2010-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2 min manat olan şirkətin qanuni təmsilçisi Abdullayev Rövşən Hüseyn oğludur.
Baxış sayı:82
Bu xəbər 13 Noyabr 2025 01:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















