Icma.az
close
up
RU
Bu rayonumuzun statusu dəyişir! İllər sonra İLK DƏFƏ

Bu rayonumuzun statusu dəyişir! İllər sonra İLK DƏFƏ

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Ermənistan və Azərbaycan nümayəndə heyətləri dövlət sərhədində qarşılıqlı səfərlər həyata keçiriblər. Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryanın rəhbərlik etdikləri nümayəndə heyətlərinin sərhədyanı bölgələrə, əsasən Sünik vilayəti (Zəngəzur bölgəsi – red.) və Zəngilan rayonuna səfərləri olub.

Səfərlər zamanı bir sıra istiqamətlərdə müşahidələr aparılıb və nümayəndə heyətlərinin müzakirəsi baş tutub.

Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin sərhədyanı bölgələrə qarşılıqlı səfərləri mühüm hadisədir. İstisna deyil ki, tərəflər bir müddətdir bənzər addımlar atıb. Sadəcə sülhün qalıcı olması, kənar müdaxilə ehtimalları və təxribat cəhdlərini nəzərə alaraq “səssiz diplomatiya”ya üstünlük verirlər.

Baş nazir müavinləri Şahin Mustafayev və Mqer Qriqoryanın rəhbərlik etdikləri nümayəndə heyətlərinin Zəngilan və Sünik bölgələrində apardıqları müşahidələr və müzakirələr sadəcə texniki xarakter daşımır. Bu, əslində postmünaqişə dövrünün reallıqları fonunda formalaşan praktik sülhün təməlidir. Məkan təsadüfi seçilməyib: Sünik (Zəngəzur) və Zəngilan həm SSRİ dövründə tərəflər arasında mühüm təmas və hərəkət nöqtəsi olub, həm də bu gün maneəsiz hərəkət prinsipinin təmin edilməsi baxımından vacib nöqtədir. Başqa cür desək, bu ərazi gələcəkdə kommunikasiya xətlərinin açılması, nəqliyyat əlaqələrinin bərpası baxımından stratejidir.

Bu bölgələrdə həyata keçirilən səfərlər və müşahidələr, həm də danışıqlar masasının reallıqlarla uyğunlaşdırılması, yəni kağız üzərindəki xəritələrin yerində təsdiqi anlamına gəlir. Hər iki tərəf üçün bu, təkcə coğrafi koordinatların dəqiqləşdirilməsi deyil, həm də sülhə gedən yolun necə görünəcəyini bərabər şəkildə anlamaq və qəbul etmək cəhdidir.

Burada digər diqqətçəkən məqam da odur ki, bu qarşılıqlı səfərlər hərbi müşayiətsiz, diplomatik çərçivədə və qarşılıqlı razılıqla həyata keçirilib. Bu isə onu göstərir ki, hər iki paytaxt – Bakı və İrəvan prosesə konstruktiv və inam əsaslı baxır.

Prinsipcə tərəflər artıq reallığı qəbul edir. Bu səfərlər həmin reallığın qarşılıqlı tanınması və hüquqi rəsmiləşmənin icrası baxımından mühümdür. Təbii ki, prosesin arxasında dayanan geosiyasi amilləri də nəzərdən qaçırmaq olmaz. Regionda dəyişən qüvvələr balansı, beynəlxalq oyunçuların (xüsusilə də Avropa İttifaqı və ABŞ-ın) artan marağı və Rusiyanın nisbətən passiv mövqeyi tərəfləri daha çox birbaşa dialoqa təşviq edir. Bu kontekstdə sərhədyanı səfərlər artıq vasitəçilərlə deyil, birbaşa, ikitərəfli siyasi iradə ilə formalaşan sülh modelinin konturlarını göstərir.

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 11 Sentyabr 2025 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see413

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see300

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see296

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see289

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see281

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see271

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see270

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see258

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see253

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see237

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see230

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see223

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see204

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see194

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see193

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see180

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see168

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri