Bu rayonun sakinlərinin diqqətinə: İşıq olmayacaq
Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu gün Ordubad rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyətlər tətbiq olunacaq.
Axar.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin Naxçıvan RETSİ məlumat yayıb.
Məlumata görə, 110 kV-luq hava elektrik verilişi xəttinin çəkilişi ilə əlaqədar 35 kV-luq Parağaçay hava elektrik verilişi xətti sifarişə əsasən açılacaq.
Bu səbəbdən 09:30-dan 10:30-dək Dar, Sabirkənd, Qoşadizə, Kələntərdizə, Başdizə, Gilançay, Parağaçay, Xanağa, Ağrı, Dizə, Vənəd, Başkənd, Vələver, Qoruqlar, Anaqut, Dırnıs, Kələki, Unus, Pəzməri, Dəstə, Düylün, Çənnəb, Üstüpü, Aza, Azad və Məzrə kəndlərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.
Bildirilir ki, enerji təchizatı sistemlərinin gücləndirilməsi və texniki baxışların aparılması məqsədilə müxtəlif ünvanlarda elektrik xətlərində və yarımstansiyalarda mərhələli təmir işləri həyata keçirilir.
Baxış sayı:56
Bu xəbər 12 Sentyabr 2025 00:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















