Bu razılaşmalar Cənubi Qfqazın potensialını üzə çıxaracaq
Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan və Ermənistan arasında ABŞ ilə razılaşmalar Cənubi Qafqazın əhəmiyyətli potensialını üzə çıxaracaq.
Modern.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Bryus ənənəvi brifinqdə deyib.
Onun sözlərinə görə, bu, həmçinin amerikalılar və Amerika şirkətləri üçün yeni imkanlar açacaq.
“İki ölkənin liderləri (Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan – red.) ABŞ ilə ikitərəfli iqtisadi sazişlər imzalayıblar ki, bu da Cənubi Qafqazın ticarət, tranzit, enerji, infrastruktur və texnologiya sahələrində mühüm potensialını, həmçinin amerikalılar və Amerika şirkətləri üçün yeni imkanlar açıb”, - Bryus bildirib.
O qeyd edib ki, Bakı ilə İrəvan arasında sülh bəyannaməsi Trampın sülh prezidenti olduğunu göstərdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 13 Avqust 2025 00:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















