“Bu reallığın adı var qalib, güclü və məsuliyyətli Azərbaycan”
Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Cənubi Qafqazda sülh və əməkdaşlıq üçün yaranan yeni imkanlar, əslində, Azərbaycanın bölgədə yaratdığı reallıqların təbii nəticəsidir”.
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.
O qeyd edib ki, 2020-ci ildən sonra regionda qüvvələr balansı tam dəyişdi və bu balansın mərkəzinə Azərbaycan oturdu:
“Bakı bu gün təkcə qalib dövlət kimi deyil, həm də sülh təşəbbüslərinin aparıcı memarı kimi çıxış edir. Azərbaycanın təklif etdiyi nəqliyyat, enerji və kommunikasiya layihələri artıq regional inteqrasiyanın əsas dayağına çevrilib. Zəngəzur dəhlizinin reallaşması təkcə iqtisadi deyil, həm də siyasi sabitlik baxımından mühüm strateji addımdır. Azərbaycan bu prosesdə həm Türkiyə, həm də Mərkəzi Asiya ölkələri ilə körpü rolunu oynayır. Sülhün əsas istiqamətləri qarşılıqlı etimadın bərpası, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi və humanitar
inteqrasiyanın genişlənməsidir. Bakı bütün tərəflərə açıq dialoq platforması təklif edir və bunu real siyasətlə sübut edib”.
O əlavə edib ki, Cənubi Qafqazda dayanıqlı sabitliyin təminatı artıq hansısa kənar güclər deyil, məhz regional iradədir:
“Azərbaycan bu iradənin əsas daşıyıcısı kimi çıxış edir. Enerji layihələri, xüsusilə də yaşıl enerji təşəbbüsləri regionu yeni inkişaf mərhələsinə çıxara bilər. Bakı həmçinin sülhməramlı diplomatiyanı praktik iqtisadi əlaqələrlə birləşdirərək unikal model formalaşdırır. Ermənistan üçün də bu, tarixi fürsətdir – əməkdaşlıq seçilərsə, regionun gələcəyi sabitlik üzərində qurular. Azərbaycan tərəfi revanşist ritorikanı yox, əməkdaşlıq ruhunu irəli çəkir. Bu, real dövlətçilik yanaşmasıdır. Cənubi Qafqazda sülh artıq uzaq ideya deyil, Azərbaycanın rəhbərlik etdiyi regional reallıqdır. Və bu reallığın adı var – qalib, güclü və məsuliyyətli Azərbaycan”.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:“Azərbaycan yeni regional reallığın qalibidir” ŞƏRH
22 May 2026 13:00
Ermənistanın arxiv oyunu və reallığın sərt Azərbaycan imzası...
03 Dekabr 2025 15:02
Azərbaycan konstruktivlik və məsuliyyətli tərəfdaşlıq prinsiplərinə əsaslanır
13 Fevral 2026 12:48
Tarixi yaddaşla siyasi reallığın Azərbaycan modeli FOTO
26 Fevral 2026 12:17
Azərbaycan güclü iqtisadiyyatı olan qalib dövlətdir
15 Yanvar 2025 17:47
Baxış sayı:126
Bu xəbər 07 Oktyabr 2025 19:51 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları