Bu rəisləri HƏBS GÖZLƏYİR: SƏBƏB AÇIQLANDI
Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Hərbi xidmət zamanı və ya xidməti vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin tabeliyində olan hərbi qulluqçuya zor tətbiq etməsi ağır hüquqi məsuliyyət yaradır.
Avtosfer.az xəbər verir ki, belə əmələ görə bir ilədək hərbi xidmət üzrə məhdudlaşdırma, bir ilədək intizam xarakterli hərbi hissədə saxlama və ya iki ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq edilə bilər.
Zorakı hərəkətlər təkrar törədildikdə, iki və ya daha çox hərbi qulluqçuya qarşı həyata keçirildikdə, bir qrup şəxs və ya qabaqcadan əlbir olan qrup tərəfindən törədildikdə cəza sərtləşir.
Həmçinin zorakılıq silah tətbiq etməklə, zərərçəkmiş şəxsin sağlamlığına qəsdən az ağır zərər vurmaqla və ya işgəncə verməklə törədilərsə, təqsirkar bir ildən iki ilədək intizam xarakterli hərbi hissədə saxlanıla və ya iki ildən beş ilədək azadlıqdan məhrum edilə bilər.
Əgər zorakı hərəkət nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurularsa və ya digər ağır nəticələr yaranarsa, cəza daha da ağırlaşır.
Bu halda şəxsi üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə gözləyir./ajans.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 16 Sentyabr 2026 17:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















