Bu rektor universitetə imtahansız qəbul olub FOTO
Icma.az, Metbuat portalına istinadən məlumat yayır.
Azərbaycanda ən gənc rektor Rüfət Əzizovdur. O, 7 aprel 1980-ci ildə Bakı şəhərində anadan olub.
Metbuat.az-ın məlumatına görə, Rüfət Əzizovu digər həmkarklarından fərqləndirən təkcə onlardan xeyli cavan olması deyil. İxtisasca kimyaçı olan 45 yaşlı rektor universitetə imtahansız qəbul olub.
Bu hadisə 1998-ci ildə baş verib. Beynəlxalq Mendeleyev Kimya Olimpiadasının qalibi olan azərbaycanlı gənc 27 il əvvəl Lomonosov adına Moskva Dövlət Universitetinin Kimya Fakültəsinə imtahansız qəbul olub. Onun Rusiyanın bir nömrəli universitetindən məzun olması 2003-cü ilə təsadüf edir.
Rüfət Əzizov məzun olandan sonra Vətənə qayıtmağa tələsməyib. Moskva Dövlət Universitetində aspirantura təhsilinə davam edərək, 2006-cı ildə namizədlik dissertasiyasını müdafiə edib.
Rüfət Əzizovun iş təcrübəsi biotexnologiya, kimyəvi kataliz, pedaqoqika, neft-qaz sənayesi, metal istehsalı, sənaye layihələrinin idarə olunması, təhsil və istehsal bizneslərini əhatə edir.
O, Elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə 7 yanvar 2021-ci ildə Təhsil İnstitutunun direktoru vəzifəsinə təyin olunub. Bu vəzifədə iki il çalışıb.
13 sentyabr 2023-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib.
Rüfət Əzizov 3 fevral 2025-ci ildən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru vəzifəsində çalışır.
Ailəlidir. 2 övladı var.
Fotoda: ADNSU-nun rektoru Rüfət Əzizov

Zaur Əliyev / Metbuat.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:27
Bu xəbər 22 Noyabr 2025 11:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















