Icma.az
close
up
RU
“Bu, Rusiya tərəfindən törədilən ilk cinayət deyil” AÇIQLAMA

“Bu, Rusiya tərəfindən törədilən ilk cinayət deyil” AÇIQLAMA

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycanla münasibətlərin normallaşması yollarından danışıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Zaxarova deyib ki, Rusiya ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlardan biri Rusiya jurnalistlərinin azad edilməsi ola bilər. O, münasibətlərin tezliklə normallaşacağına ümid etdiklərini vurğulayıb.

XİN rəsmisi Azərbaycan səfirinin nazirliyə çağırıldığını və ona etiraz notasının təqdim olunduğunu xatırladıb:

"Dərhal jurnalistlərimizin sərbəst buraxılmasını xahiş etmişik".

Zaxarova onu da qeyd edib ki, hazırda Moskva ilə Bakı arasında münasibətlər öz çətin dövrünü yaşayır.

Ötən gün Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da bildirib ki, Moskva AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı aparılan istintaq hərəkətlərinin nəticəsini gözləyir. Azərbaycan Aktau yaxınlığında təyyarə qəzası ilə Rusiya Federasiyasına qarşı beynəlxalq məhkəmə instansiyalarında iddia qaldırsa, Moskva rəsmi hökm gözləyəcək. Peskov əlavə edib ki, istintaq hərəkətləri aparılır, araşdırma gedir:

"Əgər Azərbaycan belə bir qərar qəbul edərsə, bu, Azərbaycanın haqqıdır, biz bütün davam edən istintaq və proseslərdən rəsmi hökm gözləyəcəyik".

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan təyyarəsi ilə bağlı beynəlxalq ədliyyə sisteminə müraciət edəcək, bunun üçün müəyyən sənədlər hazırlanır.

Deputat Ceyhun Məmmədov Bakıvaxtı.az-a deyib ki, prezident İlham Əliyev Forumda bu məsələyə yenidən toxunaraq Azərbaycanın mövqeyini dünya ictimaiyyətinə çatdırdı.

Deputat vurğulayıb ki, hadisənin üzərindən 7 ay keçməsinə baxmayaraq, biz Rusiya tərəfindən heç bir cavab almamışıq:

"Cənab Prezident bir daha vurğuladı ki, bizim hər dəfə aidiyyatı strukturlarımız Rusiya tərəfində müraciət edəndə onlar cavab verirlər ki, "araşdırırlar". Bizim də əlimizdə kifayət qədər faktlar var. Hadisənin təfərrüatları mediamızda dəfələrlə müzakirə olunub. Təyyarənin konkret kimin tərəfindən və necə vurulması ilə bağlı faktlar da mövcuddur. Ortada səs yazıları var. Amma Rusiya tərəfi bugünədək israrla Azərbaycana heç bir rəsmi cavab vermir”.

Ceyhun Məmmədov: Beynəlxalq məhkəməyə müraciət etmək üçün əlimizdə əsaslar var

Müsahibimiz qeyd edib ki, burada söhbət bu cinayəti törədənlərin cəzalandırılmasından və konpensasiya verilməsindən gedir. Bütün faktların mövcudluğuna baxmayaraq, hələ də araşdırmanın getdiyini deyirlər:

“Belə olduğu təqdirdə Azərbaycanın başqa yolu qalmır. Beynəlxalq məhkəməyə müraciət etmək üçün əlimizdə əsaslar var. Aylarla, illərlə oturub gözləyə bilmərik ki, Rusiya tərəfi nə vaxt cavab verəcək”.

“Bu, beynəlxalq təcrübədir. Bu, Rusiya tərəfindən törədilən ilk cinayət deyil", - deyə Ceyhun Məmmədov vurğulayıb.

Aydın Baxış

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 24 İyul 2025 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri