Icma.az
close
up
RU
“Bu, Rusiyanın strateji hava qüvvələrinə ağır zərbədir” Britaniya nəşri

“Bu, Rusiyanın strateji hava qüvvələrinə ağır zərbədir” Britaniya nəşri

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Nüfuzlu Britaniya nəşri "The Times", Ukraynanın Rusiyaya qarşı həyata keçirdiyi "Pautina" əməliyyatını "simvolik mənası yüksək olan reyd" kimi dəyərləndirib. Qəzet yazır ki, bu dron hücumu Kiyevin düşmən ərazisinə dərin və sarsıdıcı zərbələr endirmək imkanlarını nümayiş etdirib.

"The Times" qeyd edir ki, Ukrayna bu əməliyyatla uzaqmənzilli raket çatışmazlığını kompensasiya etmək üçün yerli istehsal döyüş dron texnologiyalarını inkişaf etdirdiyini bir daha sübut edib. Əməliyyatın İstanbulda atəşkəs danışıqlarının başlanması ərəfəsinə təsadüf etməsi isə xüsusi diqqət çəkir.

Qəzet vurğulayır ki, bu cəsarətli hücum SSRİ-nin dağılmasından sonra Ukraynanın Rusiyaya təhvil verdiyi onlarla strateji bombardmançı təyyarə və minlərlə nüvə başlığı ilə bağlı Budapeşt Memorandumu çərçivəsində aldığı zəmanətlərin faktiki işləmədiyini xatırladır.

Məlumata görə, Ukrayna kəşfiyyatı bu əməliyyatda süni intellektlə təchiz edilmiş dronlar vasitəsilə Rusiyanın strateji bombardmançı təyyarələrinin yanacaq çənlərini hədəfə alıb. Maraqlıdır ki, bu məqsədlə 1950-ci illərdə istehsal olunmuş, Poltava yaxınlığındakı Strateji Aviasiya Muzeyində saxlanılan köhnə Tu-95MS və Tu-22M3 təyyarələrindən öyrədici model kimi istifadə olunub.

Sent-Endryus Universitetinin strateji tədqiqatlar üzrə professoru Filipp O’Brayan bu əməliyyatı “müharibə başlayandan bəri ən uğurlu hərbi reyd” adlandırıb: “Bu, Rusiyanın strateji hava qüvvələrinə çox böyük zərbədir. Təsirini az qiymətləndirmək mümkün deyil. Cavabın sərt olacağı istisna deyil.”

"The Times" Tu-95MS bombardmançı təyyarəsini Rusiyanın əsas strateji aviasiya daşıyıcısı və “nüvə işçi atı” kimi təqdim edir. Bu təyyarələr Suriyada və Ukraynada qanadlı raket zərbələrində aktiv şəkildə istifadə olunub. Rusiya hazırda 40–60 döyüşə hazır Tu-95MS təyyarəsinə malikdir.

Qəzet əlavə edir ki, “Pautina” əməliyyatı, Rusiyanın Ukraynaya 472 pilotsuz uçuş aparatı və 7 ballistik-raketlə həyata keçirdiyi hücumdan dərhal sonra baş tutub. Bu isə Ukraynanın cavab imkanlarının nə dərəcədə çevik və təsirli olduğunu ortaya qoyur.

Rasim Əliyev
AzPolitika.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 02 İyun 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri