Bu, Rusiyaya qarşı hücum idi, təcili cavab verməliyik! Ölkədə gərginlik pik həddə
GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rusiya Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin birinci müavini Aleksey Juravlev Şimali Atlantikada Rusiya bayrağı altında üzən “Marinera” tankerinin ələ keçirilməsinə sərt reaksiya verib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Podyom” nəşri məlumat yayıb. Nəşr bildirir ki, deputat Rusiyaya məxsus gəminin ələ keçirilməsinə təcili hücumla cavab verilməli olduğunu bildirib.
Deputat ABŞ donanması tərəfindən mülki gəminin saxlanılmasını piratçılıq kimi qiymətləndirib və tankerin Rusiya dövlət bayrağı altında üzməsi səbəbindən bunu Rusiyaya qarşı hücum adlandırıb.
Onun sözlərinə görə, mövcud məlumatlar ərazidə Rusiya sualtı qayığı və hərbi gəmilərinin olduğunu göstərir və bu da Vaşinqtonun addımlarına cavabın qətiyyətli və operativ olmasını zəruri edir.
Juravlev qeyd edib ki, Rusiyanın hərbi doktrinası belə hallarda cavab tədbirləri çərçivəsində nüvə silahından istifadəyə qədər müxtəlif variantları nəzərdə tutur. O, ABŞ-ın hərəkətlərinə qarşı sərt reaksiya çağırışı edərək, bunu “cəzasızlıq eyforiyası” ilə izah edib.
Tahir Turan
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 07 Yanvar 2026 23:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















