Icma.az
close
up
RU
Bu saatlarda kartla ödəmə edənlər risk altındadırlar xəbərdarlıq

Bu saatlarda kartla ödəmə edənlər risk altındadırlar xəbərdarlıq

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Plastik kartlardan istifadə hər gün daha da çoxalır. Lakin mütəxəssislər günün müəyyən saatlarında kartla ödəniş edilməsinin həm maddi itkilərə, həm də təhlükəsizlik problemlərinə yol aça biləcəyi barədə xəbərdarlıq edir. Həmin saatlarda aparılan ödənişlərin gözlənilməz şəkildə daha yüksək məbləğlə hesabda görünməsi və ya ikiqat çəkiliş kimi problemlər yarana bilər. Bəs riskli hesab olunan o saatlar hansılardır?

Milli.Az xəbər verir ki, finans və kibertəhlükəsizlik üzrə ekspertlərə görə, gecə 00:00-03:00 arasında kredit kartı ilə edilən ödənişlərdə xəta ehtimalı xeyli yüksəlir. Bu zaman:

Bank sistemlərində texniki baxım işləri aparıldığı üçün əməliyyatlar yubanır,

Ödəniş təsdiqlərinin gecikməsi nəticəsində ikiqat və ya artıq məbləğdə çəkiliş baş verə bilir,

Proviziya xətaları səbəbilə məbləğ sonradan gözlənilmədən kart ekstresində əks oluna bilər.

Ekspertlər bildirir ki, "Gecə bu saatlarda kartla ödəniş edən səhər xoşagəlməz sürprizlə qarşılaşa bilər."

Gecə yarısından sonra bank sistemlərində yenilənmə və texniki əməliyyatların çoxalması kiberdələduzlara fürsət yaradır. Bu zaman:

Saxta saytlar daha asan aktivləşir, İstifadəçilərin diqqəti azalır, Kart və şəxsi məlumat oğurluqları daha tez-tez baş verir.

Mütəxəssislər xüsusilə internet üzərindən alış-verişin bu saatlarda edilməsinin ciddi risk daşıdığını vurğulayır.

Bir çox bank gecə saatlarında sistem yükünün artması səbəbilə əməliyyat xətalarının çoxaldığını bildirir. Rəsmi bir qadağa olmasa da bütün xəbərdarlıqlar eyni məqama işarə edir: "Zərurət yoxdursa, gecə kredit kartı ilə ödəniş etməyin."

Gecə ödəniş etməli olanlara mütəxəssislər səhər ilk olaraq kart hərəkətlərini yoxlamağı tövsiyə edir. Çünki həmin saatlarda aparılan əməliyyatlarda:

İkiqat çəkiliş, Artıq proviziya, Ləğv olunmuş əməliyyatın yenə də karta əks olunması

kimi problemlər daha tez-tez baş verir.

Lalə Qüdrətova
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 10 Dekabr 2025 05:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see254

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see201

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see164

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see145

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri