Bu şadlıq evi bağlandı FOTOLAR
Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.
övqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Xaçmazda yanğın təhlükəli şadlıq sarayının fəaliyyətini dayandırıb.
FHN-dən verilən xəbərə görə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Xaçmaz şəhərində yerləşən “Elmin” şadlıq sarayında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Məlum olub ki, mövcud vəziyyətdə obyektdə hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş “Elmin” şadlıq sarayının fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 10 Mart 2026 15:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















