Icma.az
close
up
RU
Bu sahə hələ də xüsusi diqqət tələb edir Şöbə müdiri

Bu sahə hələ də xüsusi diqqət tələb edir Şöbə müdiri

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Təqdim olunan layihə qanunvericilikdəki normativ boşluqları aradan qaldırmağa yönəlmiş vacib bir islahat tədbiridir. Təxminən 2-3 ilə yaxın bir müddətdə layihənin hazırlanması, razılaşdırılması və araşdırılması icra edilib".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial sığorta və pensiya siyasəti şöbəsinin müdiri Sabir Qocayev “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

Şöbə müdiri bildirib ki, Tibbi Sosial Ekspertiza Komissiyalarının vəzifələrindən biri peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsidir:

“Lakin bu sahədə konkret və dəqiq meyarların olmaması bizi bu qənaətə gətirdi ki, məsələ kompleks şəkildə tənzimlənməlidir. Tapşırıq da bu məqsədlə verilib və nəticədə geniş bir meyar sənədi – peşə əmək qabiliyyətinin itirilməsi hallarının qiymətləndirilməsi ilə bağlı normativ sənəd hazırlanaraq ortaya çıxıb”.

Nazirlik rəsmisi vurğulayıb ki, bu sənəd aidiyyəti qurumlar – Səhiyyə Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, eləcə də sığorta sektorunun nümayəndələri ilə razılaşdırılıb:

“Çünki məsələ yalnız bir dövlət qurumuna aid deyil — bu, həm də icbari sığorta sisteminə, işəgötürən məsuliyyətinə və sosial müdafiə mexanizmlərinə birbaşa təsir göstərən məsələdir”.

S.Qocayev bildirib ki, istehsalatda baş verən bədbəxt hadisələr və peşə xəstəlikləri üzrə sığorta ödənişləri sığorta şirkətləri tərəfindən həyata keçirilir. Lakin əgər işəgötürən öz vəzifələrini yerinə yetirməyibsə və işçi sığortalanmayıbsa, bu zaman məsuliyyət birbaşa işəgötürənin üzərinə düşür: “Əlilliyi olan şəxslər dövlət büdcəsi hesabına müəyyən dərman vasitələri ilə təmin olunurlar. Siyahı daim yenilənir və aktual preparatlarla zənginləşdirilir. Sanator-kurort yollayışları da əlilliyi olan şəxslər üçün təmin olunur və bu, əsasən Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilir”.

O qeyd edib ki, layihə qəbul olunduqdan sonra Nazirlər Kabineti tərəfindən meyar sənədi də təsdiqlənəcək: “Bu meyarlar üzrə proses tam elektronlaşdırılacaq, sənəd sayı minimuma endiriləcək, subyektivlik aradan qaldırılacaq və bütün qiymətləndirmələr obyektiv göstəricilər əsasında aparılacaq. İstehsalatda baş verən bədbəxt hadisələrdə və peşə xəstəliklərində müəyyən azalma müşahidə olunur. Lakin bu sahə hələ də xüsusi diqqət tələb edir, çünki peşə xəstəlikləri spesifik və fərqli yanaşma tələb edən hallardır”.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://unikal.az
archiveBu xəbər 16 Oktyabr 2025 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see379

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see310

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see309

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see269

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see253

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see205

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see198

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see185

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see184

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see183

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see175

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see172

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see171

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see170

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see169

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see168

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see167

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see167

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see167

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri